Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp geri çəkildi

Tarix: 23-04-2025 10:02     Baxış: 4145 A- / A+

ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq olunan yüksək gömrük rüsumları ilə bağlı açıqlama verib.
Xarici mətbuat xəbər verir ki, Tramp Oval Ofisdə keçirilən mərasimdə jurnalistlərin "ticarət müharibəsi" ilə bağlı suallarını cavablandırıb. O deyib ki, Çinlə münasibətləri yaxşıdır və ümumilikdə, dünyanın əksər ölkələri ABŞ ilə ticarət əlaqələri qurmaq istəyir. Prezidentin sözlərinə görə tərəflər arasında danışıqlar davam edir və Çinlə münasibətlər qaydasındadır.
Bununla belə, Tramp ABŞ-nin maraqlarını qorumaqda qətiyyətli olduqlarını da bildirib. O deyib ki, Çinə qarşı tətbiq olunan 145 faizlik gömrük rüsumu tamamilə aradan qalxmayacaq, lakin azaldılacaq. Bu addım Çinlə ədalətli və qarşılıqlı anlaşmaya əsaslanan ticarət münasibətlərinin qurulması üçün atılıb.
Tramp bildirib ki, Çin ABŞ bazarından qazandığı pulla ordusunu gücləndirə bilər və bu vəziyyətə son verilməlidir.
Qeyd edək ki, Tramp aprelin əvvəlində Çinə tətbiq olunan gömrük tariflərini 125 faizə qaldırıb. Çin isə buna cavab olaraq ABŞ məhsullarına 84 faiz rüsum tətbiq edib. Ağ Ev son açıqlamasında bildirib ki, Trampın elan etdiyi 125 faizlik tarifə əvvəldən mövcud olan 20 faizlik rüsum daxil deyildi. Bu da ümumi tarifin 145 faiz olduğunu göstərib.
ABŞ tərəfi vergi siyasəti ilə təzyiq etməyə çalışdığı halda, Çin isə cavab olaraq əsas xammal üzərindən cavab verib. Bu zaman Pekinin atdığı addım - ABŞ-yə NTE ixracını dayandırması ticarət müharibəsində Çinin əlinin boş olmadığını göstərib. Nadir torpaq elementləri müasir texnologiyada, xüsusilə elektronika və müdafiə sənayesində əvəzsiz xammal sayılır. Bu addımı ilə Çin strateji üstünlüyünü ortaya qoyub.
Çin bu üsuldan əvvəl də istifadə etmişdi. 2010-cu ildə Yaponiyayla yaşadığı gərginlik fonunda Pekin yenə NTE ixracını dayandırmış və nəticədə Tokio geri addım atmışdı.milli.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar