Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ədalət Partyası bəyanat yaydı:"Sədr müavini səlahiyyət həddini aşmışdır"

Tarix: 22-04-2025 09:37     Baxış: 3206 A- / A+


Ədalət Partiyasının sədri səlahiyətlərini həyata keçirən Ali Məclisin sədri Meydan Əli oğlu Babayev bəyanat verib.

Manevr.az bəyanatın mətnini təqdim edir:
"19 aprel 2025-ci il tarixində bir qrup partiya üzvü Nizamnamənin tələblərini pozaraq “Ali Məclisin” iclasını keçirmiş və 17 may 2025-ci il tarixində partiyanın IX Qurultayının çağırıldığını elan etmişlər. Bununla da onlar ictimaiət və partiya üzvləri arasında çaşqınlıq və ziddiyyətlər yaratmışlar. Bildirik ki, həmin iclasda Nizamnamə ilə partiya sədrinin səlahiyyətlərini hazırda icra edən Ali Məclisin sədrinin, onun müavinlərinin ( rəyasət heyəti) , partiya sədrinin digər müavinlərinin, Siyasi Şura və mərkəzi aparatın digər üzvlərinin iştirakı olmayıb.
Partiya sədrinin təşkilati məsələlər üzrə müavini Rəhimov Mütəllim Qara oğlu həm partiya üzvü, həm də vəzifəli şəxs kimi partiya Nizamnaməsinə əməl etməyə borclu olduğu halda öz səlahiyyət həddini aşaraq Partiya sədrinin və Ali Məclisin rəhbərliyinin səlahiyyətlərini mənimsəməklə ciddi Nizamnamə pozuntularına yol vermişdir. Çağırılmış iclasın və qəbul edilmiş qərarların heç bir hüquqi əsası olmadığını nəzərə alaraq partiya sədrinin səlahiyyətlərini icra edən Ali Məclisin sədri partiya nizamnaməsinə uyğun öz hüquq və səlahiyyətlərindən istifadə edərək qəbul edilmiş qərarlara veto qoymuşdur"- bəyanatda deyilir

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar