Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qazaxın üç kəndi nə vaxt qaytarılacaq? - Son tarix açıqlandı

Tarix: 05-04-2025 12:49     Baxış: 3129 A- / A+


Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş istiqamətində demarkasiya işləri ilə bağlı hazırlıq getdiyi haqqında məlumat yayılıb. Əskipara-Bağanis yolu boyunca tikanlı məftillərin çəkildiyi bildirilir. Hətta bu məsələ ilə bağlı Ermənistan qoşunlarının da 500-600 metr geri çəkiləcəyi deyilir. Azərbaycanın eksklav əraziləri olan Qazaxın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu kəndlərinin aprelin 15-dən sonra təhvil veriləcəyi iddia olunur.
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Teleqraf-a açıqlamasında politoloq Zaur Məmmədov delimitasiya və demarkasiya ilə bağlı işlərin davam etdiyini söyləyib.
O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində aparılan danışıqlar ərəfəsində belə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı vacib addımlar atılıb: “Sülh mətni üzərində konkret razılaşmanın olması fonunda şərti sərhədlərdə digər işlərin görülməsi labüddür. Hələ də Ermənistanın nəzarətində olan Azərbaycanın eksklav kəndlərinin yəni, Qazaxın üç, Naxçıvanın bir kəndinin də qısa zamanda təhvil verilməsi mümkün ola bilər”.

Politoloq Ermənistanda hazırda yaşanan təşviş fonunda vəziyyətin dəyişməsindən çəkindiklərini bildirib: “Ona görə sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində addımlar ataraq sülh prosesində bunu da irəliyə atılmış addım kimi dəyərləndirməyə çalışırlar. Sözsüz ki, bütün bunların prosesin gedişində necə həllini tapdığını görmək mümkün olacaq”.

O əlavə edib ki, Ermənistan tərəfi sülh və digər məsələlərin həllindən danışsa da Azərbaycan Ordusunun mövqelərinə atəş açılır: "Nikol Paşinyan bu məsələlərin araşdırılmalı olduğunu demişdi. Bütün bunlar nəyin, necə olacağı haqqında dəqiq proqnoz verməyi çətinləşdirir. Ötən gün Ermənistanın Avropa İttifaqı ilə bağlı qərar verməsi, ABŞ-Rusiya danışıqları, Ukrayna məsələsində irəliləyişlərin olmaması da Ermənistan ətrafında bir çox çağırışların olmasını istisna etmir”.
Qeyd edək ki, hazırda Qazaxın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi Ermənistanın işğalı altındadır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar