Sizin Reklam Burada
Xəbər lenti
19-10-2025
18-10-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp Starmerlə Putinə təzyiqin vacibliyini müzakirə etdi, razılığa gəlindi

Tarix: 31-03-2025 13:41     Baxış: 3132 A- / A+

Bazar günü, 30 mart axşamı, Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
Manevr.az qaynarinfo.az-a istinadən xəbər verir ki, onlar Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibəni də müzakirə ediblər. 
Starmer Parisdə keçirilən son "istəklilər koalisiyası" görüşündəki səmərəli müzakirələr barədə amerikalı lideri məlumatlandırıb. Siyasətçilər qarşıdakı günlərdə əlaqədə qalmağa razılaşıblar:
"Liderlər Putinə kollektiv təzyiqin davam etdirilməsinin vacibliyi barədə razılığa gəliblər".
Bundan əlavə, onlar Böyük Britaniya və ABŞ komandaları arasında hər iki ölkənin iqtisadi rifahına dair sazişlə bağlı aparılan danışıqları da müzakirə ediblər.
Trampın Rusiya ilə bağlı bəyanatları
Bundan əvvəl ABŞ prezidenti Kremlin rəhbəri Putinin Ukraynada atəşkəs danışıqları ilə bağlı addımlarından narazılığını ifadə edib. O, əgər sülh sazişi əldə olunmasa, Rusiyaya qarşı əlavə sanksiyalar, xüsusən də Rusiya neftinin ixracına ciddi rüsumlar tətbiq etməyə hazır olduğunu bəyan edib.
Tramp vurğulayıb ki, bu sanksiyalar ikinci dərəcəli tədbirləri də əhatə edə bilər ki, bu da Rusiya nefti alan şirkətlər üçün biznesi çətinləşdirəcək. O, həmçinin rüsumların 25%-dən 50%-ə qədər ola biləcəyini qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar