Sizin Reklam Burada
Xəbər lenti
19-10-2025
18-10-2025
BÜTÜN XƏBƏRLƏR

Abdullah Güldən İmamoğluna dəstək: “Ədalət itərsə, Türkiyə uduzar”

Tarix: 22-03-2025 10:02     Baxış: 3115 A- / A+
 
Türkiyənin sabiq prezidenti Abdullah Gül İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğluna qarşı aparılan hüquqi proseslərlə bağlı ilk dəfə açıq mövqe sərgiləyib.
"Karar" qəzeti xəbər verir ki, Gül bu məsələni birbaşa hüquq və xalq iradəsinin təhrif edilməsi kimi qiymətləndirib.
Gül açıqlamasında belə deyib:
“Vaxtılə ilə hörmətli prezident Rəcəb Tayyib Ərdoğan və şəxsimə qarşı edilən haqsızlıqların ictimai vicdan tərəfindən necə qəbul edilmədiyini xatırlayaq.

Bənzər yanlışlıqlar, xalqın iradəsi ilə bələdiyyə başqanı seçilmiş Əkrəm İmamoğluna da edilməməlidir.”
Abdullah Gül bu açıqlaması ilə həm də keçmişlə paralellər quraraq, "İmamoğlunun siyasi hədəfə çevrilməsinin" cəmiyyət tərəfindən haqlı olaraq qəbul edilməyəcəyini vurğulayıb. O əlavə edib ki, bu cür proseslər Türkiyədə hüququn nüfuzunu zədələyə və ölkənin bütövlükdə uduzmasına səbəb ola bilər:
“Hüquq və ədaləti itirməməliyik. Əks halda, uduzan Türkiyə olar.”
Xatırladaq ki, Əkrəm İmamoğluna qarşı irəli sürülən ittihamlar çərçivəsində o da daxil olmaqla 100-dən çox şəxsin istintaqa cəlb olunduğu bildirilir. Məsələ ictimaiyyətdə və siyasi dairələrdə ciddi rezonans doğurub.
Türkiyənin sabiq prezidenti, AK Parti qurucularından olan Abdullah Gülün bu açıqlaması, İmamoğlunun müdafiəsinə keçən ilk sabiq dövlət başçısı mövqeyidir və bunun siyasətdə yeni müzakirələrə yol açacağı gözlənilir.musavat.com

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar