Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya 9 Mayda Əliyevlə Paşinyanı gözləyir - XİN

Tarix: 20-03-2025 22:14     Baxış: 3145 A- / A+
Rusiya 9 Mayda Əliyevlə Paşinyanı gözləyir - XİN

Moskva 9 May Qələbə Gününə həsr olunmuş tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı gözləyir.
Manevr.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Biz bunu yalnız alqışlayırıq, həm Azərbaycan, həm də Ermənistan rəhbərliyini gözləyirik. Dəvət alıb iştirakını təsdiqləyən ölkələrin liderlərini hər zaman görməyə şadıq", - Zaxarova qeyd edib.
Onun sözlərinə görə, bu əlamətdar və birləşdirici tarixin layiqli qeyd olunması üçün bütün istiqamətlərdə genişmiqyaslı hazırlıq işləri aparılır.
Diplomat vurğulayıb ki, Rusiya çoxmillətli Sovet İttifaqının hər bir xalqının Böyük Vətən Müharibəsində alman nasizmi və yapon militarizmi üzərində ümumi qələbəyə verdiyi töhfəni xatırlayır:
"Azərbaycan və Ermənistanla bağlı onu qeyd etmək lazımdır ki, bu xalqlardan yüz minlərlə nümayəndə Böyük Vətən Müharibəsinin bütün mühüm əməliyyatlarında genişmiqyaslı və qəhrəmancasına iştirak edib. Onların təxminən yarısı cəbhədən geri dönməyib"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar