Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ Ukrayna üzrə hansı Avropa dövlətləri ilə danışıqlar aparır? - CNN

Tarix: 17-03-2025 14:07     Baxış: 3129 A- / A+

Amerika Birləşmiş Ştatları Ukrayna məsələsinin həlli ilə bağlı Böyük Britaniya, Norveç, Fransa, Finlandiya və digər Avropa ölkələri ilə təmaslarını davam etdirir. 
Manevr.az qaynarinfo-ya istinadla  xəbər verir ki, bu barədə ABŞ prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff CNN telekanalının efirində bildirib.  
"Biz bütün maraqlı Avropa ölkələri ilə müzakirələr aparırıq. Bunlar Fransa, Böyük Britaniya, Norveç, Finlandiya və digərləridir", - deyə o vurğulayıb.  
Uitkoff əlavə edib ki, ABŞ Ukraynada atəşkəs səylərini koordinasiya etmək üçün müttəfiqləri ilə fəal işləməyə davam edir.  
Daha əvvəl UNİAN xəbər vermişdi ki, ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Putinlə danışıqlar aparıb. Bu çərçivədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Volts bildirib ki, Tramp administrasiyası Ciddədə (Səudiyyə Ərəbistanı) ukraynalı nümayəndələrlə son görüş və Putinin döyüşlərin dayandırılması ilə bağlı şərtləri haqqında bəyanatından sonra "ehtiyatlı nikbinlik" nümayiş etdirir.  
Onun sözlərinə görə, ABŞ prezidenti Uitkoffun Rusiyadakı danışıqlarının nəticələrini eşitdikdən sonra növbəti qərarlarını verəcək.  
Eyni zamanda, diplomat Vladimir Omelyan Trampın xüsusi nümayəndəsinin Putinlə görüşünü dəyərləndirərək bildirib ki, bu görüş uğurlu olmayıb. Çünki ABŞ həmin danışıqdan dərhal sonra Rusiya prezidentinə təzyiq göstərmək üçün müəyyən addımlara əl atıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar