Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

Putinə ən yaxın qadın lider Bakıya gəlir: Kreml münasibətləri düzəltməyə çalışır

Tarix: 16-03-2025 16:08     Baxış: 4117 A- / A+


 
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlir.
Manevr.az Musavat.com-a istinadla xəbər verir ki, səfər çərçivəsində ölkə rəhbərliyi və parlament nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılır.
Xüsusilə, son aylarda AZAL təyyarəsinin Rusiya tərəfindən vurulması fonunda iki ölkə arasında yaranmış diplomatik gərginlik diqqət mərkəzində olub. Lakin son dövrlərdə Moskvanın münasibətlərin normallaşmasına çalışdığı və təşəbbüsü öz üzərinə götürdüyü müşahidə edilir.
Analitiklər hesab edirlər ki, Prezident Vladimir Putinə yaxın Matviyenkonun Bakıya səfəri Moskvanın münasibətlərin istiləşməsində maraqlı olduğunu göstərir.
Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakı görüşlərində siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi, enerji əməkdaşlığı və regional təhlükəsizlik məsələlərinin əsas mövzulardan biri olacağı gözlənilir.
Səfərin nəticələrinin iki ölkə arasındakı münasibətlərə hansı təsirləri göstərəcəyi yaxın günlərdə daha da aydın olacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar