Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ukraynaya gətirilən silahlar Qərbin gizli planını üzə çıxarır-Peskovdan sensasion açıqlama

Tarix: 11-03-2025 12:21     Baxış: 4113 A- / A+


 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynaya göndərilən hərbi yardımla bağlı şok açıqlama verib.
Manevr.az musavat.com-a istinadla xəbər verir ki, onun sözlərinə görə, Ukraynaya elə həcmdə silah tədarük edilib ki, hətta tədarük dayandırılsa belə, bu silahlar aylarla döyüş əməliyyatlarını davam etdirmək üçün kifayət edəcək.

“Qərbdən Ukraynaya gətirilən silah və hərbi texnikanın həcmi olduqca böyükdür. Bu ehtiyatlar tədarük dayandırıldıqdan sonra da aylarla yetəcək,”- deyə Peskov vurğulayıb.

O əlavə edib ki, Qərbin Ukraynaya göstərdiyi hərbi dəstək münaqişənin uzanmasına səbəb olur və vəziyyəti daha da gərginləşdirir.
Dmitri Peskov həmçinin, SpaceX şirkətinin rəhbəri İlon Maskın Ukraynaya təqdim etdiyi Starlink peyk rabitə sistemi ilə bağlı mümkün ssenarilərdən də danışıb. Onun fikrincə, əgər Mask Ukraynanı Starlink xidmətindən ayırsa, Kiyev çox qısa müddətdə alternativ rabitə sistemləri əldə edəcək.
“Texnoloji inkişaf səviyyəsini və Qərbin Ukraynaya verdiyi dəstəyi nəzərə alsaq, Starlink sisteminin bağlanması belə Ukraynanın rabitə imkanlarına ciddi təsir göstərməyəcək. Çünki Kiyev tez bir zamanda yeni alternativlər əldə edəcək,” — deyə Peskov bildirib.
Qeyd edək ki, Starlink peyk rabitə sistemi Ukraynada müharibə başladıqdan sonra mühüm rol oynayır və ordu ilə mülki infrastrukturun əlaqəsini təmin edir. İlon Maskın bu sistem vasitəsilə Ukraynaya dəstək verməsi zaman-zaman müzakirə mövzusuna çevrilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar