Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

Əhməd Şəradan Suriyadaki vəziyyətlə bağlı ilk AÇIQLAMA

Tarix: 10-03-2025 16:36     Baxış: 4127 A- / A+

Suriya prezidenti Əhməd Şəra mindən çox insanın həyatını itirdiyi Latakiya hadisələri ilə bağlı müstəqil milli təhqiqat komitəsi yaradıldığını açıqlayıb.

Xarici media xəbər verir ki, Suriya Rəyasət Heyətindən verilən yazılı açıqlamada Latakiyada baş verən hadisələri bütün aspektləri ilə araşdırmaq və məsuliyyət daşıyanları müəyyən etmək üçün 7 nəfərdən ibarət müstəqil komitənin təyin edildiyi açıqlanıb. Müstəqil istintaq komitəsi hadisələrin səbəblərini və inkişafını araşdırmaq, mülki şəxslərə qarşı pozuntuları araşdırmaq və günahkarları müəyyən etmək, dövlət qurumlarına, təhlükəsizlik qüvvələrinə və orduya qarşı hücumları araşdırmaq səlahiyyətinə malikdir.
Komitə həmçinin zəruri hallarda ekspertlərdən dəstək almaq səlahiyyətinə malik olacaqdır. Bütün dövlət qurumlarından komitə ilə tam əməkdaşlıq etmələri tələb olunur. İstintaq komitəsinin hadisələrlə bağlı geniş hesabatını 30 gün ərzində tamamlayaraq Suriya Prezidentliyinə təqdim edəcəyi gözlənilir.
Qeyd edək ki, martın 6-da Lazkiyənin Ceblah rayonunda devrilmiş Əsəd rejiminin tərəfdarlarının həyata keçirdiyi hücumda ən azı 11 təhlükəsizlik əməkdaşı həlak olub. Suriya ordusu hücumdan sonra Latakiya və Tartus əyalətlərinə tanklar, zirehli transportyorlar və çoxsaylı reaktiv yaylım atəşi sistemləri kimi ağır silahlar da daxil olmaqla yüzlərlə maşından ibarət əlavə qüvvələr göndərərək devrilmiş rejimin üzvlərini ələ keçirmək üçün bölgədə əməliyyat keçirib.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar