Sizin Reklam Burada
Xəbər lenti
19-10-2025
18-10-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp Ukraynaya göndərilən milyardları geri istəyir

Tarix: 23-02-2025 20:46     Baxış: 4156 A- / A+
Tramp: ABŞ Ukraynaya yardım üçün əvvəllər xərclədiyi vəsaiti geri qaytara biləcək
Vaşinqton administrasiyası əvvəllər Ukraynaya yardım üçün xərclənən vəsaiti geri qaytarmağa çalışır və buna nail olacaq.
Manevr.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“Mən pulumuzu geri almağa və ya onun təhlükəsiz olduğuna əmin olmağa çalışıram. İstəyirəm ki, Ukrayna bizim verdiyimiz bütün pulların müqabilində bizə bir şey versin. Biz pulumuzu geri alacağıq, çünki bu, ədalətli deyil”, - deyə Amerika lideri Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxış edərkən bəyan edib.
“Wall Street Journal” qəzeti daha əvvəl mənbələrə istinadla xəbər vermişdi ki, Vaşinqton və Kiyev fevralın 22-də Ukraynanın nadir torpaq minerallarından istifadəyə dair saziş imzalaya bilər. Nəşrin yazdığına görə, tərəflər Amerikanın hərbi yardımına görə kompensasiya kimi qiymətli minerallara olan hüquqların ABŞ-a verilməsi ilə bağlı razılığa yaxınlaşırlar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar