Ermənistanın üçüncü prezidenti, Xocalı qatili Serj Sarkisyan Qarabağda separatçı hərəkatın başlamasının 37-ci ildönümü münasibətilə müraciət yayıb.
Manevr.az xəbər verir ki, Sarkisyan erməniləri indiki hakimiyyətin ideologiyasını rədd etməyə, müharibəyə hazırlaşamağa çağırıb.
Sarkisyan yazır: "Yaddaş bizim gücümüzdür, Yaddaş bizim irəlilədikcə bələdçimizdir, Yaddaş hərəkət etmək iradəmizdir. Yaddaşını gec-tez itirən xalq gələcəyini də itirir".
Xocalı qatili ermənilərin gələcəyə gedən yolda əsas məqamlarını da vurğulayıb:
• dövlət və vətən haqqında yalan və təhlükəli tezisləri qəbul etməmək,
• biganəliyi rədd etmək
• qorxulara qalib gəlmək, sayıqlığı itirməmək,
• təhlükələrin dəqiq hesablanması,
• yenidən qələbə qazanmaq.
Bu çağırışdan aydın olur ki, Sarkisyan tökdüyü qandan doymayıb və cəzasız qalacağını güman edir. Görünür Xocalı qatilinin könlündən Bakı həbsxanası keçir. Onun mütləq arzusuna çatdırmaq lazımdır.publika.az
Xəbər lenti
Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar