Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Eks-nazir: “Qarabağ məsələsinin tezliklə həll olunacağına inanmıram”

Tarix: 30-06-2017 07:38     Baxış: 3503 A- / A+
Eks-nazir:


Rusiya prezidentinin xüsusi nümayəndəsinin fikrincə, bu prosesdə ziyalıların üzərinə böyük rol düşür.
“Azərbaycan və Ermənistan ziyalılarının nümayəndələri arasında dialoq məsələsi indiyə qədər də aktual olaraq qalır”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Tbilisidə keçirilən Beynəlxalq Cənubi Qafqaz Mediaforumunda deyib.
“Sürətlə dəyişən vəziyyəti mütəmadi olaraq analiz etmək lazımdır. Biz artıq çoxdandır bu forumda olduğu kimi görüşməmişik. Düşünürəm ki, belə görüşlər faydalıdır. Mənə elə gəlir ki, bizim media münasibətlərində tonallığı dəyişmək lazımdır” — deyə xalq diplomatiyasının fəal təşəbbüskarlarından və iştirakçılarından biri olan Şvıdkoy bildirib.
Onun sözlərinə görə, müxtəlif növ təbliğati addımlardan reallığı qəbul etməyə keçmək lazımdır.
“25 il ərzində postsovet məkanı çox dəyişib. Jurnalistika dəyişib, yeni KİV, internet meydana gəlib. Düşünürəm ki, bu qəbildən olan qarşılıqlı görüşlər maraq doğurur” — deyə o bildirib.

Eks-nazir:


“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı xalq diplomatiyası davam edəcəkmi” sualına cavab verərkən Şvıdkoy deyib ki, bu, layihə deyil, daha çox sonu olmayan prosesdir.
“Bununla bağlı mən düşünürəm ki, çox şey insanların düşüncəsindən asılıdır və burada ziyalılar böyük rol oynayır. Yaxın zamanda nə olacaq, hələlik, mən bu barədə nəsə deməyə çətinlik çəkirəm. Amma bilirəm ki, bununla məşğul olmaq lazımdır. Mən ümidimi üzmürəm, amma məqsədə də tezliklə nail olunacağına inanmıram” — deyə Şvıdkoy bildirib.
2007-ci ildə hər iki respublikanın ziyalılarının Dağlıq Qarabağa, Ermənistan və Azərbaycan-a münaqişənin başlanmasından sonra ilk səfərləri təşkil olunmuşdu. Bu səfərlər zamanı hər iki ölkənin prezidentləri ilə görüşlər keçirilmişdi. Səfərlərdə Azərbaycan və Ermənistan səfirləri Polad Bülbüloğlu və Armen Smbatyan, Mədəniyyət və kinematoqrafiya Federal Agentliyinin rəhbəri Mixail Şvıdkoy da iştirak etmişdi.(Turkustan.info)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar