Xəbər lenti
“Nə qədər ki, Moskvanın cəngindən xilas olmamışıq...”
Azərbaycanın dünyanın bir sıra ölkələrindən, eləcə də dünya silah bazarında özünəməxsus yeri olan Rusiyadan çoxlu miqdarda silah-sursat aldığı hər kəsə bəllidir. Ola bilərmi ki, bu amilin özü Rusiyanın Qarabağ probleminin həllini əngəlləməsinin ən başlıca səbəbi olsun? Mümkündürmü ki, Kreml Qarabağ probleminin həllinə nail olacağı təqdirdə Azərbaycanı silah idxal edən ölkə kimi itirəcəyindən ehtiyatlansın və bu səbəbdən də mövcud status-kvonun saxlanmasında maraqlı olsun?
Manevr.az bildirir ki, moderator.az-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“ABŞ ərəb ölkələrinə yüz milyardlarla dollarıq silah satır. Və ərəb ölkələrindəki demokratik durumVaşinqtonu əsla maraqlandırmır. Köhnəlmiş silahları almaq üçün ərəblər biri-biriilə hətta rəqabətə belə girir. Postsovet ölkələrindən Azərbaycan, Ermənistan, Orta Asiya dövlətləri də silahlanmaq üçün ən çox Rusiyadan silah alır. Rusiyada bu ölkələri silahlandırır. Bundan sonra da belə olacaq. Həm ABŞ, həm dəRusiya problem içində olan kiçik dövlətlərə silah-sursat satacaq.
Hər hansı bir dövlətin problemini həll etmək iqtidarında olan böyük dövlətlər üçün problemin həlli önəmli deyil. Önəmli olan silah satmaqla büdcəni xilas etməkdir. Konkret olaraq, Qarabağ probleminin həlli Rusiyadan asılı olsa da, o bunu etməz. 25 ildir Rusiya bizə silah satır və biz neçə ki, Moskvanın cəngindən xilas olmamışıq,bu proses davam edəcək. Rusiyanın cəngindən xilas olmaq isə çox müşkül məsələdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar