Xəbər lenti
Müxalifətin Tramp gözləntisi: "Bu mandat Azərbaycana verilməlidir"

“Trampdan gözləntilər fərqlidir. Rusiya-Ukrayna müharibəsi fonunda onun ilk açıqlamaları Kremlin xeyrinə deyil. O daha çox iqtisadi məsələlərə üstünlük verən siyasətçi olduğunu bəyan edib. Bu mənada, Cənubi Qafqazda daha güclü, təsirli ölkə kimi Azərbaycan ABŞ üçün daha faydalı olacaq. Amma bu faktorun Trampın siyasətində özünü necə göstərəcəyini yaxın aylar ərzində görmək mümkün olacaq”, - deyə o qeyd edib.
Arif Hacılı bildirib ki, Tramp müharibələri dayandıracağını, sülhməramlı prezident olacağını bəyan edib: “Əgər o verdiyi vədlərə əməl edəcəksə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olunmalıdır. O, həmçinin dünyada kommunikasiyaların açılması, ticarət əlaqələrinin tərəfdarı kimi çıxış edir. Tramp bu açıqlamalarında səmimidirsə, Zəngəzur dəhlizinin də işə düşməsində maraqlı olmalıdır. Rusiya və İranın bu məsələdə ləngidici mövqeyi aradan qaldırılmalıdır”.
Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn də Donald Trampın qlobal və regional siyasi xətti barədə fikirlərini bölüşüb.
Pənah Hüseyn hesab edir ki, hazırda baş verən hadisələr konyuktura xarakterlidir: “ABŞ-nin yeni dminstrasiyasının konturları məlum deyil. Ehtimal edilir ki, Tramp dönəmində Cənubi Qafqaz Amerikanın diqqət mərkəzində olmayacaq. Burada İrana olan münasibət daha çox maraq doğurur. Çünki türk birliyinə qarşı çıxan İran və Rusiyanın davranışları fonunda bölgədə müəyyən problemlər var”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar