Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Baydendən gethagetdə Ərdoğana jestin səbəbi...

Tarix: 18-01-2025 10:01     Baxış: 437 A- / A+


 
Prezident kimi son günlərini keçirən ABŞ lideri Suriyadakı antiterror əməliyyatları ilə bağlı Türkiyəyə tətbiq edilmiş sanksiyaları ləğv etdi; Ankara-Vaşinqton münasibətlərində “yaşıl işıq” - şərh
ABŞ 2019-cu ildə “Barış Pınarı Hərəkatı”nın ardından Türkiyəyə tətbiq edilən sanksiyaları aradan qaldırıb.
Manevr.az “Yeni Müsavat”-a istinadla xəbər verir ki, bu barədə bir neçə günə hakimiyyəti Donald Trampa təhvil verməyə hazırlaşan ABŞ Prezidenti Co Bayden Suriya ilə bağlı cari vəziyyətə dair əlavə düzəlişlərin yer aldığı 14142 saylı yeni fərman imzalayıb. 14 oktyabr 2019-cu ildə o dövrdəki prezident Donald Trampın imzası ilə yayımlanan 13894 saylı fərman yenilənib və əvvəlki mətndə Türkiyə ilə bağlı müddəalar oradan çıxarılıb. Baydenin bu addımı bunu uzun zamandır tələb edən Ankara üçün hüquqi baxımdan mühüm nailiyyət kimi qiymətləndirilib. 
Konqresə göndərdiyi bildirişdə Bayden Suriya ilə bağlı vəziyyətin 2019-cu ildən bəri ciddi şəkildə dəyişdiyini və həmin fərmanda qeyd olunan Türkiyənin hərbi əməliyyatı ilə bağlı gündəmin geridə qaldığını vurğulayaraq aşağıdakı fikirləri bildirib: “Bu fərman 13894 saylı prezident fərmanında istinad edilən bəzi əməliyyatların 5 il əvvəl başa çatmış olduğunu nəzərə alaraq, həmin fərmanda minimum dəyişikliklər edir. Xüsusilə, yenilənmiş fərman çərçivəsində ABŞ Suriyada sülh və təhlükəsizliyi, sabitliyi və ya ərazi bütövlüyünü təhdid edən, ciddi insan hüquqları pozuntularına səbəb olan və ya belə fəaliyyətlərə bilavasitə və ya dolayısı ilə iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq etmək hüququnu qoruyur”.

ABŞ və Türkiyə müttəfiq ölkələrdir. Hər ikisi NATO üzvüdür. Amma Bayden iqtidarı öz müttəfiqinə sanksiyalar tətbiq etmişdi. İki ölkə arasında narazılıq doğuran təkcə Suriya əməliyyatları olmamışdı. Eləcə də “S 400" sistemləri ilə bağlı tərəflərin gərginliyi müşahidə olunurdu. Tramp isə Türkiyəyə yaxınlığı ilə seçilən amerikalı liderdir. Baxmayaraq ki, dövlət katibi postuna namizəd göstərdiyi Marko Rubio antitürk diplomatdır, bununla belə, qardaş ölkənin prezidenti Ərdoğan Trampı seçkilərdə təbrik edərkən ”dostum Tramp" deyə xitab etmişdi. İndisə Bayden gedərayaq daha bir jest edir - bu dəfə Türkiyəyə sanskiyaları aradan qaldırmaqla əslində, Tramp üçün Ankara-Vaşinqton münasibətlərində tramplin yaratmış oldu. Hərçənd, sözügedən fərman Tramp tərəfindən 14 oktyabr 2019-cu ildə imzalanmışdı. Suriyada Əsəd rejiminin devrilməsindən sonra Türkiyənin patronajlığı ilə qurulan keçid hökumətini ABŞ də dəstəkləyir. Dəməşqə gəlmiş Dövlət Departamentinin nümayəndələri keçid hökumətinin lideri Qolaninin başına qoyulan 12 milyon dollarlıq mükafatın ləğv edildiyini açıqlamışdılar. İndisə Baydenin Suriya ilə bağlı Türkiyəyə qoyulan sanksiyaları aradan qaldırması həm Ankaraya jestdir, həm Ərdoğanın bu ərəb ölkəsində siyasətini dəstəkələməsinin təzahürüdür. 

“Ən əsası ABŞ Ermənistanla imzaladığı strateji tərəfdaşlıq sənədindən sonra Türkiyə ilə münasibətləri yumşaldır. Çünki Amerika Türkiyəsiz Ermənistanın Avropaya çıxışı olmayacağını yaxşı dərk edir. Ona görə ABŞ Türkiyə ilə əlaqələrinə yenidən baxır ki, tumarladığı İrəvan üçün Ankaradan güzəştlər istəsin. Hazırda Türkiyə-Ermənistan normallaşma prosesini Vaşinqton ikiəlli dəstəkləyir. Bayden ermənipərəst bir siyasətçi olduğu üçün bu detalı da nəzərə alaraq, Türkiyəyə qarşı sankiyaları aradan qaldırıb”, - deyə “Yeni Müsavat”a açıqlamasında ekspert Fuad Əliyev belə şərh etdi. Onun fikrincə, ABŞ və Türkiyənin Suriya məsələsində mövqeləri üst-üstə düşür, sadəcə, YPG ilə bağlı fikir ayrılığı mövcuddur. Trampla Ərdoğan arasında daha isti münasibətlər gözləyən şərhçinin sözlərinə görə, bunun Azərbaycan üçün faydaları var: “Hər halda, sanksiyaların ləğvi təqdirəlayiq addımdır. Halbuki Türkiyə bu təzyiqləri haqq etmirdi. Çünki Suriyanın şimalında olan terrorçuları zərərsizləşdirirdi. Bu gün də həmin əməliyyatlar aparılır. Ərdoğan bəyan edib ki, onların başları əziləcək. Hətta bu günlərdə çağırış etdi ki, Suriyadan əllərinizi çəkin. O, PKK, İŞİD kimi terror qüvvələrinin məhv ediləcəyini anons etdi. Tramp hakimiyyəti Türkiyənin bu addımlarına qarşı getməyəcək”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar