Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bir erməniyə görə o böyük şəhər itirildi – Paşinyan

Tarix: 18-01-2025 09:52     Baxış: 448 A- / A+

Ermənistan Baş naziri Nikol Paşinyanın Səlcuq İmperiyasının Anadoluya yürüşü ilə bağlı paylaşımı diqqət çəkib.
Manevr.az xəbər verir ki, Paşinyan hazırda Türkiyənin Ermənistanla sərhədində yerləşən Ani şəhərinin Bizans İmperiyasından alınmasına bir erməninin səbəb olduğunu bildirib.
O, XI əsrdə Bizans İmperiyasında yaşamış yunan tarixçi Attaliatesin Ani ilə bağlı qeydlərini paylaşıb:
"Attaliates yazır ki, Aninin imperiyadan qoparılması hiylə idi. O zamanlar bölgə qubernatoru idarəçilik üçün imperiyadan ödəniş alırdı. Sonra Baqarat adlı bir erməni Bizans imperatoru Konstantin Monomaxla görüşüb dedi ki, ödəniş almadan ərazini idarə edə bilər. İmperator bu təklifi xoş qarşıladı, ona idarəçi statusu verdi və qubernator təyin etdi. Lakin Baqaratın idarəçiliyi çox uğursuz idi. Bölgə əhalisini ərzaqla təmin edə bilmədi, siyasi və hərbi işlərdə yarıtmaz addımlar atdı. Hətta imperiyaya xeyir vermək adı ilə bütün hərbi qarnizonu dağıtdı, bölgəni müdafiə edəcək heç kim yox idi. Nəticədə Səlcuqlar 1064-cü ildəki hücumla Aniyə nəzarəti ələ keçirdilər".
Qeyd edək ki, böyük Səlcuq imperatoru Alp Arslan 1064-cü ildə Anadoluda yerləşən Ani quberniyasını 25 günlük mühasirədən sonra ələ keçirib. globalinfo.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar