Sizin Reklam Burada
Xəbər lenti
24-09-2025
23-09-2025
BÜTÜN XƏBƏRLƏR

Delimitasiya hansı xəritə ilə aparılacaq?

Tarix: 17-01-2025 18:17     Baxış: 3168 A- / A+


Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə Dövlət Komissiyalarının növbəti görüşü keçirilib. Komissiyanın qərarına əsasən, hansı xəritələrə və yanaşmalara üstünlük veriləcəyi görüşlərin nəticəsində müəyyənləşəcək. Mübahisəli ərazilər üzrə isə əlavə müzakirələr və yanaşmalar tətbiq olunacaq.
Manevr.az-ın xəbərinə görə, bu sözləri Axar.az-a hərbi ekspert Elxan Şıxəliyev delimitasiya və demarkasiyası üzrə Dövlət Komissiyalarının növbəti görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, sonuncu görüş Azərbaycan anklavlarının qaytarılacağına dair müzakirələrə də meydan açıb:
“Bu proses çərçivəsində Azərbaycanın anklavlarının qaytarılması məsələsi də gündəmdədir və demarkasiya və delimitasiyanın tərkib hissəsi kimi müzakirə olunur. Hər iki tərəfin mövqeyi əsasən sahədə, yəni sərhəd bölgələrində araşdırılır. Elə istiqamətlər mövcuddur ki, orada sərhədlərin müəyyən edilməsi ya gecikdirilə, ya da müəyyən bir müddət sonra həyata keçirilə bilər.
Ermənistanın sülh sazişi ilə bağlı yanaşması, fərqli xarici güclərin regiona və sərhədə toplaşması üzərindən məsələlərə təsiri birmənalı fikir yürütməyi çətinləşdirir. Buna görə də yaxın zamanlarda tam razılaşma əldə ediləcəyini gözləmək mümkün deyil. Məsələ ilə bağlı mübahisəli məqamlar mövcuddur. Tərəflər arasında aparılan danışıqların nəticələri zamanla daha aydın şəkildə ortaya çıxacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar