Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayevadan ermənilərə sərt cavab

Tarix: 28-06-2017 18:14     Baxış: 3412 A- / A+
Qənirə Paşayevadan ermənilərə sərt cavab


Millət vəkili Qənirə Paşayeva bu gün AŞPA-da Avropada miqrantların, köçkünlərin vəziyyəti bağlı məruzələrin müzakirəsi zamanı çıxış edib. Lent.az-ın məlumatına görə Manevr.az xəbər verir ki, o, çıxışında bildirib ki, Avropada qaçqınlara qarşı hücumların artması, burada olan hər kəsi, hamımızı ciddi şəkildə narahat etməlidir: “Fiziki zorla müşayiət olunan hücumlar, əməyin istismarı, insan alveri, cinsi istismar və təcavüzlər, irqçi şüarların və nifrətin alovlandırılması kimi durumlar bizi çox ciddi şəkildə qayğılandırmalıdır. Bu baxımdan biz, Avropadakı bəzi populist partiyalar və media orqanlarının qaçqın və məcburi köçkünlərə qarşı getdikcə artan irqçi münasibətlərinə son verilməsi üçün onları yekdilliklə qınamalı və bunun qarşısının alınması üçün daha ciddi addımlar atmalıyıq”.

Q. Paşayeva Azərbaycanın dünyada ən çox qaçqın qəbul edən ölkə olduğunu da qeyd edib: “Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı öz evində köçkün düşdü. İşğalçı Ermənistan bu gün bu köçkünlərin öz vətənlərinə, evlərinə dönməsinə izn vermir. Bundan əlavə, biz çox ağır durumda olmağımıza baxmayaraq, o illərdə on minlərlə Ahıska türkünü də ölkəmizdə qəbul etdik”.

Türkiyədə İraq və Suriyadan olan köçkünlərlə görüşmüşəm və onlar Türkiyə dövləti və xalqının onlara qucaq açdığı üçün təşəkkür etdiklərini deyən millət vəkili Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətində asılı olmayaraq dəstək göstərməyin bütün üzv ölkələr üçün vacib olduğunu vurğulayıb.

Q. Paşayeva Ermənistanın Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərdən öz işğalçı siyasətlərini davam etdirmək üçün istifadə etməkdə davam etdiklərini deyib: “Onları Ermənistana deyil, işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirirlər. Yəni bu insanları bilərəkdən işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirirlər ki Ermənistanın bu qeyri-insani, qeyri-qanuni əməlləri AŞPA-da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına ziddir və biz Miqrasiya və Köçkünlər Komitəsini, Parlament Assambleyasını Ermənistanın münaqişənin həllinə də mənfi təsir göstərən bu qeyri-qanunu əməllərinə səssiz qalmamağa çağırırıq. Mən buradan bir az öncə Azərbaycan əleyhinə yalanlarla dolu çıxış edən Melkumyana demək istəyirəm ki, sizin yalanlarınıza ən gözəl cavab Parlament Assambleyasının qəbul etdiyi qərarlardır, 1416 saylı qərar da daxil olmaqla. O qərarlarda ki, birmənalı olaraq ölkənizin işğalçı olduğu vurğulanır və işğala son vermənizə çağırış edilir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar