Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Yeni müharibə riski: 2025 həlledici il olacaq

Tarix: 14-01-2025 14:20     Baxış: 3157 A- / A+

Ermənistanın silahlanması Cənubi Qafqaz üçün yeni risklər yaradır. Azərbaycan haqlı olaraq bu ölkəni silahlandıranlarla bağlı etirazını bildirib. Eyni zamanda rəsmi Bakı da İrəvanın silahlanmasına heç də seyrici qalmır. Azərbaycan da öz növbəsində hərbi büdcəsini artırıb. 2025-ci ilin dövlət büdcəsində hərbi təhlükəsizliklə bağlı olan xərclərin miqyası bunu təsdiq edir. Ona görə də Ermənistanın Azərbaycanla silah yarışına girməsi mənasızdır.
Manevr.az xəbər verir ki, bu sözləri teleqraf.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, Azərbaycanın tələbləri sırasında Ermənistana hücum silahlarının verilməməsi ilə bağlıdır:
“Görünən odur ki, rəsmi İrəvan silahlanmanı dayandırmaqla bağlı çağırışları qulaq ardına vurur. Eyni zamanda Ermənistana göndərilən silahların geri qaytarılması mümkünsüzdür. Artıq bu silahların çatdırılması ilə bağlı müqavilələr imzalanıb, razılıqlar əldə edilib”.
Polkovnik hesab edir ki, Ermənistanın silahlanmasına ən effektiv cabab məhz Azərbaycanın müdafiə və təhlükəsizlik məsələlərini daha da gücləndirməsidir:
“Kənardan idarə olunan Ermənistanın bundan sonra da silahlanması mümkündür. Həmin silahları İrəvana onun havadarları göndərir. Bundan sonra da Ermənistanın hərbiləşdirilməsi davam edəcək”.
Üzeyir Cəfərova görə, Ermənistanın silahlanması fonunda yenidən Azərbaycana qarşı hər hansı bir ciddi təxribatın olması ehtimalı azdır:
“Genişmiqyaslı hərbi əməliyyatların olması riski çox aşağıdır. Çünki Ermənistana hər zaman havadarlıq etmiş Rusiya indi onun arxasında dayanmır. Bu mənada, İrəvanı dəstəkləyəcək real güc yoxdur. 5-10 ildən sonra belə bir güc peyda ola bilər. Amma indiki şəraitdə bu, mümkün deyil”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar