Xəbər lenti
Qalib və güclü Azərbaycan dünyada etimad göstərilən dövlətlərdəndir - Deputat
Müşfiq MƏMMƏDLİ,
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2025-ci il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə respublikamızın müasir geosiyasi vəziyyəti, beynəlxalq münasibətlər sistemindəki yeri və rolu, həyata keçirdiyi təhlükəsizlik siyasəti, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri baxımından çox əhatəli bir çıxış kimi yadda qaldı. Bu müsahibə Azərbaycanın qarşısında duran çağırışlarla bağlı bütün mövzuları əhatə etməklə, cənab Prezidentin strateji baxışını və qətiyyətli mövqeyini əks etdirirdi.
Bütün bunları nəzərə alsaq, Prezident İlham Əliyevin bu müsahibəsini Azərbaycanın milli maraqlarının təmin olunması, daxili və xarici siyasət konsepsiyasının həyata keçirilməsi və respublikamızın inkişafı baxımından mühüm bir yol xəritəsi kimi də qiymətləndirmək olar. Bu müsahibə proqram xarakterli olmaqla həm də dövlətimizin qarşısında dayanan vəzifə və məqsədlərə aydıqlıq gətirdi, milli hədəflərimizin nədən ibarət olduğu ictimaiyyətə bəyan olundu.
Böyük qürurla qeyd etməliyik ki, Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında işğal altında olan torpaqlarını azad etməklə, ərazi bütövlüyünü bərpa etməklə ədalətə nail olub. Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün bu ilin dövlət büdcəsindən ayrılan 4 milyard manat vəsait cənab Prezidentin çıxışında vurğulandığı kimi, bu ərazilərin iqtisadi və sosial baxımdan yenidən canlandırılması istiqamətində iradəni göstərir. Bu, yalnız iqtisadi və sosial məsələ deyil, həm də Azərbaycanın milli suverenliyinin tam təmin edilməsi ilə bağlı prinsipial bir addımdır.
Eyni zamanda, təhlükəsizlik və müdafiə məqsədləri üçün ayrılan 8,4 milyard manat, Ermənistanın davam edən silahlanma siyasətinə cavab olaraq zəruri addım kimi qiymətləndirilməlidir. Bu xərclər Ermənistanın təcavüzkar siyasətindən doğan bir zərurət olmaqla yanaşı, ölkəmizin müdafiə qabiliyyətini və regionda sabitliyi təmin etmək məqsədi daşıyır. Bu mənbələrin əhəmiyyətli bir hissəsi başqa sosial və iqtisadi sahələrə yönəldilə bilərdi, lakin Ermənistanın təxribatları bizim üçün əlavə xərcləri zəruri edir.
Prezident İlham Əliyevin çıxışında əsas məqamlardan biri Ermənistanın faşizm siyasətinin ifşası idi. Faşizm ideologiyasının Ermənistanın həm iqtidarında, həm də müxalifətində davam etməsi region üçün əsas təhlükədir. Bu bütün regionun təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Ölkə başçısının “Faşizm tamamilə məhv edilməlidir” sözləri Azərbaycanın bu təhlükəni aradan qaldırmaqda qətiyyətli olduğunu bir daha göstərir.
Azərbaycanın təşəbbüs göstərdiyi əsas məsələlərdən biri də regionda dayanıqlı sülhün əldə olunmasıdır. Lakin Ermənistan tərəfi hər vəchlə sülhə qarşı çıxır və bunu təsdiq edən məqamlardan biri Ermənistanın silahlanmasıdır. Prezident İlham Əliyev bununla bağlı Ermənistana xəbərdarlıq etdi. «Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq» -deyə Müzəffər Ali Baş Komandan bildirdi.
Ermənistan Vətən müharibəsinin və antiterror əməliyyatlarından dərs alaraq, Prezident İlham Əliyevin bu xəbərdarlığından da nəticə çıxarmalıdır.
Bütövlükdə, Prezident İlham Əliyevin strateji baxışları və qətiyyətli siyasəti nəticəsində Azərbaycan regionun aparıcı dövləti olaraq həm Cənubi Qafqazda, həm də qlobal səviyyədə öz mövqelərini əhəmiyyətli möhkəmləndirib. Azərbaycan bütün dünyada etimad və ehtiram göstərilən dövlətlərdən biridir. Ötən ilin noyabrında Bakıda keçirilən COP29, dekabr ayında isə Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq təşkilatına üzv olması bunu təsdiq edir. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi D-8 təşkilatına üzv seçilmək bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir.
Prezident İlham Əliyevin müsahibəsini böyük fəxrlə izlədik. Fəxr etdik ki, qalib və güclü Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Qarşıda isə dövlətimizi yeni uğurlar gözləyir.
Milli Məclisin deputatı

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar