ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yaxın Şərqdəki vəziyyətə dair sərt mesajlar verib.
Xarici media xəbər verir ki, Floridadakı Mar-a-Laqo malikanəsində keçirilən mətbuat konfransında Tramp HƏMAS-ı açıq şəkildə hədələyib. O, "Həmas 20 Yanvara qədər girovlarını azad etməsə, qiyamət qopacaq" deyib.
Tramp həmçinin Suriyadan Qəzzaya, Meksikadan Rusiyaya qədər bir çox kritik mövzuda açıqlamalar verib. Tramp ilk prezidentlik dövründə Suriyada İŞİD terror təşkilatını məğlub etdiyini və ABŞ hərbçilərinin əksəriyyətini ölkədən çıxardığını xatırladıb. Suriyada qalan 2 min ABŞ əsgərinin gələcəyi ilə bağlı sualı cavablandıran Tramp "Hərbi strategiyanın bir hissəsi olduğu üçün bunu sizə deməyəcəyəm. Amma bunun Türkiyə ilə bağlı bir vəziyyət olduğunu deyə bilərəm" bildirib.
Tramp Qəzza zolağındakı məhbuslarla bağlı da açıqlama verib və HƏMAS-ı girovları azad etməyə çağırıb. O, bu addımın atılmaması halında Yaxın Şərqdə vəziyyətin daha da pisləşəcəyini qeyd edib.milli.az
Xəbər lenti
Tramp açıq şəkildə təhdid etdi - "Qiyamət qopacaq"

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar