Bu gün səhər Rusiya Ukraynaya raketlərlə zərbələr endirib. Raketlərin strateji aviasiya vasitələrindən atıldığı açıqlanıb.
Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrindən bildirilib ki, Rusiyanın MiQ-31K təyyarələrinin uçuşları ilə əlaqədar bütün ölkə ərazisində həyəcan siqnalı verilib. Havada neçə Rusiya təyyarəsinin olduğu açıqlanmayıb.
Yerli vaxtla saat 7 radələrində Rusiya təyyarələri paytaxt Kiyev istiqamətində raketlər buraxıb. Bunun ardınca paytaxtda partlayışlar baş verib. Məlumata görə, Rusiya Kiyevə ballistik raketlər, ehtimal ki, "Kinjal"la zərbələr endirib.
Kiyev meri Vitali Kliçko paytaxtda hava hücumundan müdafiə sistemlərinin işə salındığını bildirib. O, Kiyev sakinlərini sığınacaqda daldalanmağa çağırıb.
Kliçko daha sonra bildirib ki, paytaxtın Qoloseyevsk rayonunda raket qalıqlarının düşməsi nəticəsində avtomobil yanıb. Hadisə yerinə xilasetmə xidməti və tibbi heyət cəlb olunub.
Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb.apa
Xəbər lenti
Rusiya Kiyevi raketlə vurdu - Ölən var

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar