Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcü nazirdən müsəlmanlarla bağlı açıqlama

Tarix: 24-06-2017 20:13     Baxış: 3445 A- / A+
Gürcü nazirdən müsəlmanlarla bağlı açıqlama

Gürcüstanın inkişafında müsəlmanların rolu olduqca önəmlidir.

Bunu Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Ramazan bayramı münasibətilə keçirilən rəsmi ziyafətdə çıxışı zamanı bildirib.

"Bizi qardaşlıq bağları birləşdirir. Biz fərqli dinlərə etiqad edirik, lakin məhz bu fərqlilik bizim birliyimizi möhkəmləndirir və ölkəmizi daha güclü edir. Hər kəs bilir ki, Gürcüstanın dövlət quruculuğunda müsəlmanların böyük rolu olub. Bir çox patriot müsəlman ölkəmizin tarixində iz buraxa bilib. Bu gün bir çox müsəlman vətəndaşımız Gürcüstanın keşiyində dayanır", - deyə hökumət rəhbəri qeyd edib.

Baş nazir çıxışı zamanı həmçinin ölkədə müsəlman icması üçün yaradılan şəraitdən, yeni tikilən məscidlərdən bəhs edib, köhnə məscidlərin yenidən qurulmasına toxunub.

Qeyd edək ki, ənənəvi ziyafətdə Gürcüstanın hökumət və dövlət rəsmiləri, müsəlman ölkələrinin qonşu respublikada akkreditasiya olunan diplomatik nümayəndələrinin nümayəndələri iştirak edib.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar