Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan NATO sessiyasında iştirak edir

Tarix: 24-11-2024 18:17     Baxış: 3345 A- / A+
Azərbaycan NATO sessiyasında iştirak edir

Kanadanın Montreal şəhərində NATO Parlament Assambleyasının (PA) 70-ci illik sessiyası öz işinə başlayıb.
Manevr.az xəbər verir ki, noyabrın 22-dən 25-nə qədər keçirilən sessiyada Alyansa üzv olan 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər.
Sessiyanın komitə iclasları çərçivəsində Ukraynadakı müharibə, Alyansın Vaşinqton Zirvə görüşündən irəli gələn nəticələr və qəbul olunan qərarlar, Alyansın müdafiəsinin gücləndirilməsi, NATO-nun tərəfdaşlıqlarının gələcəyi, eləcə də Qlobal Cənub və Hind-Sakit okeanı regionu ilə tərəfdaşlıq perspektivləri, Qara dəniz regionu təhlükəsizliyi, Çindən irəli gələn təhdidlər, NATO-nun üzləşdiyi təhlükəsizlik çağırışları, iqlim dəyişikliyi, yüksək texnologiyaların və süni intellektin tətbiqi və digər mövzular ətrafında müzakirələr aparılacaq.
 
Tədbirdə Milli Məclisin nümayəndə heyəti və Azərbaycanın NATO yanında nümayəndəliyinin üzvləri iştirak edirlər.
 
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin NATO PA-nın Baş katibi Ruxandra Popa və Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlüd Çavuşoğlu ilə də görüş keçirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar