Xəbər lenti
Üçüncü Ermənistan yaradılır? - Araratdan buna görə imtina edilmişdi...
Manevr.az-ın xəbərinə görə, bu sözləri Teleqraf.com-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
“Ermənilərin dövlətçilik quruluşunda açıq şəkildə Azərbaycana qarşı ərazi iddiaları var. Konstitusiyanı ermənilər daha sonra qəbul ediblər. Ona görə də indi sülh istəyirlərsə, müstəqillik bəyannaməsini və konstitusiyanı dəyişməlidirlər”, - deyə o qeyd edib.
Sabiq nazir bildirib ki, indi ermənilər öz ölkələrini ikinci cümhuriyyət adlandırırlar:
“Vaxtilə almanlar da birinci, ikinci, üçüncü reyxdən danışırdı. Fransa isə özünü 4-cü respublika sayır. Əgər ermənilər bəyannaməni və konstitusiyanı dəyişsələr, üçüncü Ermənistan yaratmalı olacaqlar. Siyasi-hüquqi baxımından da bu belədir”.
Tofiq Zülfüqarov 1989-cu ildə ermənilərin hiylə işlədərək, özlərini Ararat respublikasının varisi elan etmədiklərini söyləyib:
“Faktiki olaraq əfsanəvi, tarixi və real Ermənistandan bəhs olunur. Demək ki, erməni toplumunun dövlətçiliyə üç növ baxışı var. Əvvəl Paşinyan da əfsanəvi Ermənistan deyirdi. Sonra biraz düzəliş edib, tarixi Ermənistandan danışdı. İndi isə real Ermənistandan bəhs edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar