Xəbər lenti
Partiya lideri müddətsiz aclıq aksiyasına başlayıb -AZƏRBAYCANDA
Həbsdə olan Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov sentyabrın 26-da keçirilməsi planlaşdırılan konstitusiyaya dəyişikliklər aktına etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayıb.
Bu barədə “islaminsesi” saytına M. Səmədovun saxlandığı Qobustan həbsxanasında onunla görüşən vəkil Yalçın İmanov məlumat verib.
M.Səmədov aksiyası ilə həmçinin Tale Bağırzadə və Nardaran hadisələrinə görə tutulan şəxslərə qarşı qanunsuzluğa etiraz etdiyini də deyib. Vəkil deyir ki, Mövsüm Səmədovda ümumi halsızlıq yaranıb. AİP lideri deyib ki, həbs ediləndən bəri mütəmadi oruc tutduğundan aclıq aksiyası onu o qədər də narahat etmir.
M.Səmədov müəssisə rəhbərliyinə aksiyanın qeydiyyata alınması və aksiyaya həkim nəzarəti olunması ilə bağlı müraciət etsə də, hələlik onun səhhətinə həkim nəzarəti yoxdur.
Son durumla bağlı danışan Y.İmanov bunları dedi: “Aclıq aksiyasına ayın 29-dan başlayıb. Bu barədə Qobustan həbsxanasının rəhbərliyini yazılı şəkildə məlumatlandırıb. Aclıq aksiyası müddətsizdir. Həm də həbsxana rəhbərliyinə həkim nəzarətinin olması ilə bağlı müraciət edib. Orada olduğum müddətdə Mövsüm Səmədovun səhhətinə heç bir həkim nəzarəti yox idi. Bu çox narahatedici məqamdır. Havaların bu şəraitdə isti olmasını, Mövsüm Səmədovun səhhətindəki problemləri nəzərə alsaq, ən azından həkim nəzarəti çox vacibdir. O, artıq iki ilə yaxındır Qobustan həbsxanasında saxlanılır”.
Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvarında həbs olunub. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.musavat.com.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar