Xəbər lenti
"Fransanın Azərbaycan və Ermənistan arasında gedən sülh müzakirələrinə müdaxiləsi onların yanlış yolda olduqlarını göstərir" – DEPUTAT

Manevr.az bildirir ki, mövzu ilə bağlı deputat Müşfiq Məmmədov sonxeber.az– a açıqlama verib:
"Fransanın mövqeyinə nəzər yetirdikdə istər dövlət başçısı səviyyəsində, istər parlamnet səviyyəsində, istərsə də hal-hazırda Fransanın Ermənistandakı səfiri səviyyəsində iki ölkənin daxili işlərinə qarışmaq, münaqişəni kəskinləşdirmək addımlarının şahidi oluruq. Hal-hazırda istər Fransanın Ermənistandakı səfirinin Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı mübarizəsi haqqında olan fikirləri, istərsə də Azərbaycanın daxili işləri olan və beynəlxalq hüquq normalarına tam raiyyət olunmaq şərti ilə həyata keçirilən bütün tədbirlərə qarşı şərh bildirməsi anlaşılan deyil. Ümumiyyətlə bunlar səfirin səlahiyyətlərinə aid olmayan məsələdir.
Beynəlxalq ədalət məhkəməsinin fikirlərini öz düşündüyü şəkildə şərh edərək Azərbaycana hansısa reseptləri təklif etməsi və ya Azərbaycan və Ermənistan arasında gedən sülh müzakirəsinə hansısa yarımçıq müdaxilələr etməsi onların çox yanlış yolda olduqlarının nümunəsidir. Fransanın özünün kifayət qədər problemləri var. Öz azadlığı uğrunda mübarizə aparan xalqlara qarşı ayrıseçkilik edildiyini göstərən bir ölkədir. Onlar beynəlxaq hüquq normalarına özləri riaət etsələr yaxşı olar"
Çiçək Sadatova
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar