Sizin Reklam Burada
Xəbər lenti
08-11-2024
07-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qanundakı boşluq bu qurumların işinə mane olur - Deputat

Tarix: 02-11-2024 12:16     Baxış: 348 A- / A+
Qanundakı boşluq bu qurumların işinə mane olur - Deputat

Azərbaycan Prezidentinin 16 yanvar 2014-cü il tarixli Fərmanı ilə “İctimai iştirakçılıq haqqında” qanun qəbul edilib. 2014-cü il iyunun 1-dən qüvvəyə minən qanunun məqsədi mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə qurumlarının fəaliyyətinə ictimai nəzarətin təmin edilməsi, vətəndaşların və vətəndaş cəmiyyət institutlarının rəyinin nəzərə alınmasıdır. Qanuna müvafiq olaraq bütün nazirliklər yanında İctimai şuralar yaradılıb.

Bu gün İctimai şuraların ən çox şikayət etdikləri mövzu da elə həmin qanunla bağlıdır. Belə ki, “İctimai iştirakçılıq haqqında” qanunda İctimai şuraların fəaliyyətinin maliyyələşməsi ilə bağlı heç bir maddə yoxdur. Bu da həmin şuraları yanlarında fəaliyyət göstərdikləri quruma, yaxud Nazirliyə bağlı hala gətirir.

Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, sözügedən məsələ olduqca vacibdir:

“Burada həm də ictimai şuranı konkret qurumdan - nazirlikdən asılı hala gətirib çıxaran amillər var. Həmin nazirlik öz hesabına ictimai şuraya dəstək göstərir, yaxud da onun hansısa fəaliyyətini tənzimləyir. Bu isə şuraların obyektiv işləməyinə mane olur”.

Komitə sədri bildirib ki, qanunvericilikdə bununla bağlı müəyyən mexanizm olmalıdır:

“Müəyyən mexanizm olmalıdır ki, İctimai şuralar müstəqil şəkildə faəliyyət göstərsin. Bu, şuraların hər hansı prosesə öz töhfələrini verə bilməsi üçün vacibdir. Mən də qanunvericilikdə bununla bağlı boşluq olduğunu düşünürəm. Əgər bu istiqamətdə təkliflər olarsa, Milli Məclisdə səsləndirilə bilər”


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar