Sizin Reklam Burada
Xəbər lenti
11-11-2024
10-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan son sözünü dedi - "Azərbaycansız olmaz"

Tarix: 30-10-2024 14:38     Baxış: 352 A- / A+


Ermənistan Baş naziri Nikol Paşinyanın “Sülh qovşağı” ideyasının reallaşması Azərbaycanla sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin işə düşməsindən asılıdır.
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun fikrincə, bu iki məsələnin həllində irəliləyiş yoxdur:
“Buna baxmayaraq, İrəvan “Sülh qovşağı” ideyasının reklamını gücləndirməyə çalışır. Ermənistan baş naziri aparatının rəhbəri Araik Arutunyanın sözlərinə görə, “Sülh qovşağı” təşəbbüsünün Türkiyədə geniş şəkildə işıqlandırılması məqsədilə qonşu ölkənin media nümayəndələri İrəvana dəvət olunacaq. Bundan öncə iranlı ekspertlər gələcəklər. Növbəti mərhələdə isə maraqlı ölkələrin ekspertlərinin ortaq müzakirəsini təşkil etmək məqsədilə İrəvanda konfrans keçiriləcək.
Görünür, İrəvan həmin konfransa Türkiyə, İran, Rusiya, Çin, Hindistan və Mərkəzi Asiya ölkələrinin ekspertlərini dəvət etməyə çalışacaq. Böyük ehtimalla erməni rəsmilər və ekspertlər həmin konfransda “Sülh qovşağı” adı altında Ermənistanın Orta və Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirakı mövzusunu qabardacaqlar.
Türkiyə jurnalistləri və ekspertlərinin İrəvana dəvət edilərək “Sülh qovşağı” mövsuzusu ətrafındakı müzakirələrə cəlb edilməsində bir neçə məqsəd var. İrəvanın birinci məqsəd Türkiyə mediası vasitəsilə bu təşəbbüsə qonşu ölkədə marağın artmasını təmin etməkdir. İrəvanın ikinci məqsəd Türkiyə ilə münasibətlərin normallaşması prosesini Azərbaycanla münasibətləri normallaşma prosesindən ayrı tutmağa çalışmaqdır. Bunu erməni rəsmilər açıqlamalarında gizlətmirlər. Hesab edirlər ki, Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin qurulmasını Azərbaycanla sülh sazişi imzalamadan da təmin etmək olar.
Ankara İrəvanla təmaslarını artırmasına baxmayaraq, ilkin şərtindən imtina etməyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamasında bir daha vurğulayıb ki, Ankara Ermənistanla məsələlərin həll yolunda Bakı ilə koordinasiyalı fəaliyyət göstərir. Türkiyə lideri Ermənistanla əlaqələrin normallaşmasının İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasından sonra mümkün olacağını bundan əvvəl də dəfələrlə vurğulayıb”.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar