Xəbər lenti
Qarabağ həmişə Azərbaycanın olub - Simonyan
Manevr.az APA-ya istinadla xəbər verir ki, bu barədə o, Ermənistan parlamentində bildirib.
Qeyd edək ki, Alen Simonyan bir neçə gün əvvəl “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildirmişdi ki, Azərbaycan Qarabağda əməliyyatı BMT-nin ən azı 3-4 qətnaməsi çərçivəsində həyata keçirib.
Ermənistan parlamentinin bugünkü iclasında müxalif fraksiyadan olan deputat Geqam Manukyan müsahibəsində dediyi bu sözləri Simonyana irad tutaraq, “Siz bu tezisi hardan almısınız ki, Azərbaycanın "arsax"a (Qarabağ) hücum etmək hüququ vardı və BMT qətnamələri buna imkan verirdi” sualını ünvanlayıb.
Alen Simonyan bunun cavabında bildirib ki, hər sözdə hansısa məna axtarmaq, hər kəlməni müxtəlif cür yozmaq olar.
“Lakin fakt faktlığında qalır ki, bizim haqqında danışdığımız ərazi (Qarabağ - red.) Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub, indi də belədir”, - deyə erməni spiker vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar