Xəbər lenti
Müharibə başlasa, Azərbaycan İsraili, yoxsa İranı dəstəkləyəcək? - AÇIQLAMA
Bu ssenari reallaşarsa, rəsmi Bakı hansı tərəfi dəstəkləyəcək?
Manevr.az-ın xəbərinə görə, bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, belə bir müharibənin başlanması perspektivdə Üçüncü Dünya müharibəsinin elan olunmasına səbəb ola bilər. Onun sözlərinə görə, Yaxın Şərqdə toqquşan maraqlar kifayət qədərdir.
“Ümumiyyətlə, belə bir ssenari rəsmi Bakının maraqlarına uyğun deyil. Ona görə də Azərbaycan hər iki tərəflə danışaraq, diplomatik imkanlardan istifadə edərək savaşın genişlənməsinin qarşısını almalıdır. Məsələ burasındadır ki, Azərbaycanın hər iki dövlətlə normal əlaqələri var. İran Azərbaycanla qonşudur. Buna baxmayaraq, zaman-zaman rəsmi Tehran Bakıya qarşı qərəzli mövqe nümayiş etdirib, Ermənistanı müdafiə edib. Hazırda isə İranın yeni prezidenti olan Məsud Pezeşkian Azərbaycanla münasibətləri inkişaf etdirməyə çalışır. Bu, təsadüfi deyil. Çünki İran başa düşür ki, Azərbaycan hansısa mərhələdən sonra seçim qarşısında qala bilər”.
“Təl-Əviv İkinci Qarabağ müharibəsi dövründə Bakını dəstəkləyib, silah satıb. Bunlarla yanaşı, beynəlxalq geosiyasi vəziyyəti də nəzərə almaq lazımdır. Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə açıq- aydın İsrailə qarşıdır. Müharibə başlasa, Türkiyə bu və ya digər formada İranı dəstəkləyəcək. Həmçinin Azərbaycanın ikinci strateji müttəfiqi olan Rusiya da İranın yanında olacaq. Eyni zamanda məlumdur ki, İsrailin arxasında ABŞ dayanır. Vaşinqtonla Bakının münasibətləri isə tədricən pisləşir. Əlbəttə, bu da hansısa dərəcədə Azərbaycanın seçiminə təsir edəcək. Vacib məqamlardan biri də budur ki, rəsmi Bakı Təl-Əvivi açıq-aşkar müdafiə edərsə, bu, Ankara və Moskva ilə münasibətlərdə narazılığa səbəb ola bilər. Azərbaycan, yəqin ki, bunu da nəzərə alacaq. Beləliklə, Azərbaycan müharibənin daha çox genişlənməməsi üçün bütün mümkün vasitələrdən istifadə etməkdədir. Savaş daha geniş əraziyə keçsə, Bakı çətin seçim qarşısında qalacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar