Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Natiq Əliyevin yerinə təyinat, yoxsa parçalanma? - “Qərar “40”dan sonra veriləcək”

Tarix: 21-06-2017 16:23     Baxış: 5436 A- / A+
Natiq Əliyevin yerinə təyinat, yoxsa parçalanma?


Nazir Natiq Əliyevin qəfil vəfatından sonra energetika naziri postuna təyinat olmayıb.

Hazırda nazir müavinləri - Gülməmməd Cavadov və Natiq Abbasov müvəqqəti olaraq idarəçiliyin başına keçiblər.

Amma energetika nazirinin kim olacağı hələlik məlum deyil. Mərhum nazirin dünyasını dəyişməsindən 40 gün keçmədiyi üçün hörmət və etika olaraq müzakirələr də aparılmır. Belə görünür ki, qərar N.Əliyevin 40-ı çıxandan sonra veriləcək.

Ancaq bəzi ehtimallara görə, Energetika Nazirliyi ləğv edilərək səlahiyyətləri Dövlət Neft Şirkəti ilə (SOCAR) dən İqtisadi İnkişaf Nazirliyinin bazasında Yanacaq-Energetika Departamenti arasında bölüşdürüləcək.

Əslində, bu struktur dəyişikliyi çoxdan nəzərdə tutulurdu. Çünki postneft dövrünün başlanması artıq bu qurumun lazımsızlığını şərtləndirib. Amma N.Əliyevin peşəkar fəaliyyətinə görə bu islahata gedilmirdi.

Natiq Əliyevin yerinə təyinat, yoxsa parçalanma?


Bir müddət əvvəl deputat Zahid Oruc da parlamentdə demişdi ki, bu nazirlik ləğv edilməlidir:
"Energetika Nazirliyi nəyə lazımdır ki? SOCAR onun səlahiyyətlərini yerinə yetirir. Natiq müəllim təcrübəli kadrdır.

Ölkənin neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Amma indiki durumda ayrıca bir nazirliyə ehtiyac yoxdur”.

Deputat Vahid Əhmədov da açıqlamasında Z.Orucun fikirlərini bölüşüb. Onun sözlərinə görə, Energetika Nazirliyinin ciddi fəaliyyəti yoxdur: "Əsasən dünyada neftin qiymətləri ilə bağlı danışıqlar aparır, normativ sənədlər hazırlanır. Yəni, Azərbaycan Respublikasının bu sahədə strateji xəttini müəyyən edir. Ancaq hər şey gedən porseslərdən asılıdır”.

Natiq Əliyevin yerinə təyinat, yoxsa parçalanma?


Millət vəkili hesab edir ki, Azərbaycanda çevik hökumət qurulmasına zərurət var:
"Azərbaycanda iqtisadi islahatlara start verilib, bir çox addımlar atılıb.

Prezident Administrasiyasında struktur islahatları da gedir. Bu dəyişikliklər hökumətin tərkibində də gedəcək. Bəzi nazirliklərin, qurumların birləşdirilməsi, ləğvi prosesi davam edəcək.

Ancaq hansısa nazirliyin ləğvi və ya saxlanılması prezidentin səlahiyyətindədir. Prezident istəsə Energetika Nazirliyinin ləğvinə qərar verər, istəsə nazir postuna kadr təyin edər. Biz sadəcə, fikrimizi deyə bilərik. İndi hələ ki, Natiq Əliyevin 40-ı çıxmayıb, yəqin ki, ondan sonra qərar veriləcək”. bakupost.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar