Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Co Baydenin BMT Baş Assembleyasının sessiyası çərçivəsində təşkil etdiyi vida qəbuluna qatılmaqdan imtina edib.
Manevr.az bildirir ki, bu ritorik sualı erməni politoloq Suren Sərkisyan sosial şəbəkə hesabında verib.
"Paşinyan niyə Baydenin Nyu Yorkda təşkil etdiyi vida ziyafətinə qatılmayıb? Qəbul edilmiş prosedura əsasən, ABŞ prezidenti sessiyada iştirak edən BMT-yə üzv dövlətlərin başçılarını qəbula dəvət edir. Sentyabrın 25-də baş tutan qəbula yüzlərlə dövlət başçısı qatılıb. Həmin gün Paşinyan Ərdoğanla görüşüb, amma bütün görüşləri bitirdikdən sonra qəbula qatılmadan ABŞ-ı tərk edib.
Hesab edirəm ki, həmin qəbulda iştirak etməmək prezidentə qarşı hörmətsizlik idi.
Qısa bir söhbət üçün olsa belə, Baydenlə görüşməliydi. Hələ Bayden administrasiyasından şəxsən aldığı misli görünməmiş dəstəyi demirəm", - ekspert vurğulayıb.
Sərkisyana görə, Paşinyan Bayden yaxın vaxtlarda prezident postunu tərk edəcəyi üçün belə bir addım atıb.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Media
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar