Xəbər lenti
İlham Əliyevin Paşinyanla görüşü ola bilər - Lavrov

Manevr.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu Yorkda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Report-un sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, oktyabrda baş tutacaq BRİKS sammiti çərçivəsində Rusiyanın təşəbbüsü və iştirakı ilə üçlü görüş baş tuta bilər:
"Əgər onlardan təklif gələrsə, biz hər zaman bu danışıqları aparmağa hazırıq. Bu, onların öz ixtiyarındadır, görüşmək istəsələr, biz hazırıq.
2020-ci ilin noyabr ayının əvvəlində iştirakımızla razılaşdırılanları həyata keçirməyə də həmişə hazırıq. İki il ərzində Rusiya, Azərbaycan və Ermənistan liderləri üç dəfə görüşüblər. Üçtərəfli işçi qrupu yaradılıb, nəqliyyat və kommunikasiyaların bərpası, sərhədlərin demarkasiyası, delimitasiyası və sair mexanizmlər üzərində birgə işləmişik. Biz çiyin-çiyinə durmağa və orada təsbit olunmuş bütün öhdəliklərə əməl etməyə hazırıq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar