Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Times" qəzeti Qərb diplomatlara istinadən yazır.
Qeyd olunub ki, müttəfiqlər bunu ilk zərbələr həyata keçirilənədək gizli saxlamağa çalışacaqlar.
Xatırladaq ki, Böyük Britaniya və Fransa Ukraynanın Qərbin uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarı olsa da, ABŞ icazə verməyib. Qərb liderlərinin bu məsələ ilə bağlı müzakirələrini şərh edən Rusiya Prezident Vladimir Putin bildirmişdi ki, Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadəyə icazə verilməsi ABŞ və digər NATO ölkələrinin hərbi münaqişədə birbaşa iştirakı deməkdir.