Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın iki cəbhədə məğlubiyyəti

Tarix: 19-06-2017 13:28     Baxış: 1377 A- / A+
 Ermənistanın iki cəbhədə məğlubiyyəti

Erməni tərəfi kapitan, mayor və polkovniklər də daxil olmaqla 30 hərbçinin ölümünü etiraf edir

“Münaqişə bölgəsində son hadisələr bu ilk növbədə Ermənistan hakimiyyəti üçün baş ağrısıdır”.

Bu barədə rusiyalı jurnalist Mixail Belyayevin “Vestnik Kafkaza” portalında yazdığı məqalədə bildirilir.
 Ermənistanın iki cəbhədə məğlubiyyəti
“Keçən ilin aprel ayından başlayaraq Serj Sarkisyan hakimiyyəti üçün cəbhədəki məğlubiyyətləri öz ictimaiyyətinə izah etmək getdikcə çətinləşir. 2016-cı ilin aprel döyüşləri nəticəsində Ermənistanın Qarabağda bir sıra ərazilər və yüksəkliklər itirməsindən sonra Serj Sarkisyan müdafiə naziri Seyran Ohanyan daxil olmaqla ölkənin hərbi rəhbərliyinin əsas fiqurlarını istefaya göndərdi”.

Belyayevin fikrincə, Seyran Ohanyanın yerinə təyin edilmiş Viqen Sarkisyan da ümidləri doğrultmayıb: “Viqen Sarkisyan hərbçi yox, inzibatçıdır, öz ordusunun sıralarında heç bir xarizmaya malik deyil”.

Məqalə müəllifi bildirir ki, erməni tərəfi kapitan, mayor və polkovniklər də daxil olmaqla ilin əvvəlindən 30 hərbçinin ölümünü etiraf edib: “Bundan əlavə, bu il Azərbaycan tərəfi dəfələrlə erməni müşahidə məntəqələrinin və hərbi texnikasının (RZK “Osa” da daxil olmaqla) məhv edilməsinin videoyazısını təqdim etdi, amma erməni tərəfi inadla heç bir itki olmadığını bildirdi”, - deyən Belyayev bu cəbhədə ermənilərin məğlubiyyətə uğradığını vurğulayıb.
 Ermənistanın iki cəbhədə məğlubiyyəti

Gümrüdəki rus hərbi bazasının əsgərləri
Erməni müəllif Sarkis Arsruni isə “1in.am”da yazdığı məqaləsində Ermənistan ordusunun başqa cəbhədə - öz ölkəsində məğlubiyyətə uğramasından danışıb. Müəllifin yazdığına görə, Rusiya ordusu özünü Ermənistanda işğalçı kimi aparır:

“Rusiya hərbi bazası Ermənistanın Rusiya tərəfindən müstəmləkəyə çevrilməsinin rəmzi olmaqla yanaşı, sözün hər mənasında Gümrü üçün gərginlik ocağına çevrilib… Şirak vilayətinin kəndləri Rusiya özbaşınalığının, imperiya iddialarının qurbanı olublar”.

Ermənistanı bu vəziyyətə Azərbaycan torpaqlarının 20 faizin işğal etməsi salıb. Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan özünü qorumaq üçün Rusiyanı yardıma çağırıb. Ruslar isə ermənilərə gerçək layiq olduqları statusu - müstəmləkə statusunu bəxş ediblər. İndi ermənilər bu statusdan çıxmaq üçün Qarabağdan da çıxmalıdırlar. Əks halda, Azərbaycan onu Qarabağdan hərb yolu ilə çıxaracaq.istipress

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar