Sizin Reklam Burada
Xəbər lenti
18-09-2024
17-09-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın 4 diplomatı millət vəkili oldu

Tarix: 02-09-2024 09:43     Baxış: 455 A- / A+
Azərbaycanın 4 diplomatı millət vəkili oldu
Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 

Manevr.az
-ın məlumatına görə, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olan Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən 55.9 faiz səslə öndədir.

P.Bülbüloğlu 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiri idi.

Ondan başqa daha 3 diplomatımız parlament seçkilərində iştirak edir və onlar da öz dairələrində irəlidə gedirlər.
Onlardan biri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədovdur. O, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb və hazırda 51 faiz səslə öndə gedir.

Q.Məmmədov 1999-cu ildən Azərbaycanın diplomatik xidmətində fəaliyyət göstərir. O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycanın Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyev 49 saylı Abşeron ikinci seçki dairəsində 46.7 faiz səslə rəqiblərini üstələyir. 49 yaşlı R.Nəbiyev əvvəllər Azərbaycanın Almaniyadakı səfirliyində müşavir olub.

Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov isə 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsində 44.5 faiz səslə irəlidədir."Unikal"


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar