Manevr.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Ermənistanın baş naziri Nikol Paşinyanın son fikirlərinə toxunan Prezidenti köməkçisi deyib: "Ermənistanın baş nazirinin açıqlamalarında kifayət qədər ziddiyyətli, həqiqəti əks etdirməyən məqamlar var. Ermənistan militarizasiya siyasətini həyata keçirir, bu, faktdır. Ermənistanın militarizasiya siyasətini həyata keçirməsində ona bir sıra Qərb ölkələri, xüsusilə Fransa tərəfindən ciddi dəstək verilir. Bu, Cənubi Qafqaz regionunda gərginliyin yaradılmasına xidmət edir."