Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

İki ölkə Zəngəzura girdi: biri ordu ilə, digəri isə… – Gərginlik artır

Tarix: 13-08-2024 17:30     Baxış: 380 A- / A+
İranın Qafandakı baş konsulu Mortez Varamin iddia edib ki, Zəngəzurdakı mədəniyyət, adət-ənənə İranla çox yaxındır. O, İranın sözügedən bölgə ilə bağlı planları olduğuna eyham vurub. Varaminin sözləri İranın Zəngəzuru ideoloji silahla farslaşdırma siyasəti kimi dəyərləndirilir.
İranın Zəngəzurda aktivləşməsi fonunda ABŞ hərbçilərinin bölgəyə yerləşməsi xəbərləri yayılıb.
Maraqlıdır, iki ölkənin Zəngəzura marağı nədən irəli gəlir? Burada ABŞ-İran mübarizəsinin səbəbi nədir?
Manevr.az-ın xəbərinə görə, Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, İran Nikol Paşinyanın səmimi olmadığını anlayır:
“Paşinyan və Ermənistan üçün təhlükə yarananda İran real dəstək göstərib. Hətta rəsmi İrəvanla hərbi saziş imzalayaraq ərazisinə öz hərbçilərini yollamaq istəyirdi. Ermənistan İrandan istifadə edərək öz təhlükəsizliyini qoruyub saxladı. Lakin daha sonra ABŞ və Aİ missiyalarını öz ərazisində cəmlədi. Belə olan halda İran da öz gözləntilərini sərt formada Nikol Paşinyanın diqqətinə çatdırdı”.

Fərhad Məmmədov
Politoloq vurğulayıb ki, Zəngəzur mühüm nəqliyyat yollarının qovşağı olacaq:
“Azərbaycan Ermənistanla nəqliyyat, kommunikasiya xətlərinin açılmasının yalnız Zəngəzur dəhlizi vasitəsilə mümkün olacağını bildirib. İran və ABŞ-ın Zəngəzuru yüksək səviyyədə diqqətdə saxladığını da görürük. Belə ki, bu yolla regionda öz maraqlarını reallaşdırmaq istəyirlər.
ABŞ-ın Ermənistana hərbçilərini yerləşdirməsinin Zəngəzur dəhlizi üçün olması istisna deyil. Digər tərəfdən rəsmi Tehran ümumiyyətlə Ermənistan üzərindən nəqliyyat, kommunikasiya xətlərinin açılmasında maraqlı deyil. Ona görə də buna əks  fikirlər səsləndirir. ABŞ isə kommunikasiyaların məhz Ermənistan üzərindən keçməsini istəyir. Bunun üçün də mübarizə aparır.
Bu gün Birləşmiş Ştatların hərbçilərinin Ermənistanda yerləşdirilməsinin əsas məqsədi, rəsmi İrəvanın Zəngəzur dəhlizi ilə bağlı qərar qəbul etməsi fonunda marşrutu və fəaliyyət rejimi ilə bağlı məlumat almaq və yolun təhlükəsizliyinə nəzarəti həyata keçirə bilməkdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar