Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

Bu diplomatlar deputat olmaq istəyir - Siyahı

Tarix: 10-08-2024 13:24     Baxış: 369 A- / A+


Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bir neçə diplomatımız da namizəd kimi iştirak edir.
Manevr.az modern.az-a istinadla xəbər verir ki, onlardan biri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədovdur. O, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. Q.Məmmədov 1999-cu ildən Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyət göstərir. O, XİN-in müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.
Digər bir diplomatımız Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğludur. Sabiq nazir 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olaraq fəaliyyət göstərib. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir.
Deputat olmaq istəyən digər bir diplomatımız isə Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyevdir. O, 49 saylı Abşerom ikinci seçki dairəsindən namizəd olub. 1975-ci ildə andan olan Rizvan Nəbiyev əvvəllər Azərbaycanın Almaniyadakı səfirliyində müşavir olub.
Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov da seçki yarışına qoşulub. O, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən namizəd olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar