Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zelenski Ukrayna vətəndaşlarının Livandan təxliyə edildiyini açıqlayıb

Tarix: 03-08-2024 22:35     Baxış: 4156 A- / A+



Ukrayna Prezidenti Volodimir Zelenski Livanın təhlükəli ərazilərindən 30 ukraynalının təxliyə edildiyini açıqlayıb.
Manevr.az report.az-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.
"Hazırda dövlətimiz Yaxın Şərqdə Livanın təhlükəli bölgələrindən təxliyə işləri aparır. Baş Kəşfiyyat İdarəsi, Xarici Kəşfiyyat Xidməti və Ukrayna Xarici İşlər Nazirliyi 30 vətəndaşımızın çıxarılmasını təşkil edib, bunlar uşaqlı qadınlardır və hazırda təhlükəsiz yerdədirlər. Biz bu işi davam etdirəcəyik. Dünyanın bir yerində xalqımıza kömək etmək, onları evə gətirmək üçün nə vaxt ehtiyac olarsa, biz bunu edirik və edəcəyik", - ölkə lideri vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Birləşmiş Ştatlar Livanı tərk etmək istəyən imkansız vətəndaşlarını biletlə təmin etməyə hazır olduğunu bildirmişdi.
Qeyd edək ki, son bir neçə gündə İsrail ilə Livanda fəaliyyət göstərən "Hizbullah" təşkilatı qarşılıqlı hücumlar olub. Belə ki, iyulun 27-də axşam saatlarında İsrailin nəzarətində olan Colan təpələrinin atəşə tutulması nəticəsində 12 nəfər - 10-16 yaş arası yeniyetmələr həlak olub. İsrail rəsmiləri hücumda "Hizbullah"ı suçlayıb və qrupun "bütün qırmızı xətləri keçdiyini" vurğulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar