Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Xalq yazıçısının qızı bu dairədən deputat olmaq istəyir

Tarix: 26-07-2024 15:45     Baxış: 3127 A- / A+


Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində siyasi partiya təmsilçiləri ilə yanaşı müstəqil namizədlər də öz iddialarını ortaya qoyub. VII çağırış Azərbaycan parlamentində mandat almaq istəyən şəxslər sırasında sabiq deputat, məmur və tanınmış şəxslərin övladları da var.
Manevr.az xəbər verir ki, yeni formalaşcaq Milli Məclisdə kreslo tutmaq iddiasında olanlardan biri də, sabiq baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızı Günay Əfəndiyevadır.
Günay Əfədiyeva sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini təsdiqləyib.
Xalq yazıçısının qızı Günay Əfəndiyeva namizədliyini 14 saylı Xəzər-Pirallahı seçki dairəsindən irəli sürüb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti, diplomat olan Günay Əfəndiyevaya artıq MSK tərəfindən sənədlər təqdim edilib.
Günay Əfəndiyevanın namizəd olduğu dairədən Yeni Azərbaycan Partiyasınını namizədi 149 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəsulova Vüsalə Elman qızıdır.
Günay Əfəndiyeva 2004-cü ildən 2008-ci ilədək Azərbaycanın İstanbuldakı konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb.
Daha sonra diplomatik fəaliyyətini Azərbaycanda davam etdirib, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsinə təyin olunub. O, 2022-ci ilədək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti olub.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar