Daşkənddə Azərbaycan və Özbəkistanın Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Özbəkistanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Bobur Usmanov rəhbərlik edib.
Siyasi məsləhətləşmələr zamanı ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, mədəniyyət, humanitar və digər qarşılıqlı maraq kəsb edən sahələr üzrə məsələlər müzakirə olunub, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Ümumi tarixi köklərə, dilə, dinə və adət-ənənələrə malik iki qardaş ölkə arasında münasibətlərin son dövrdə yüksələn xətt üzrə inkişaf etməsinin dövlət başçılarının möhkəm siyasi iradəsi və birgə praktiki səyləri ilə müəyyən edildiyi xüsusi vurğulanıb.
Qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edilib, ali və yüksək səviyyədə artan təmasların ikitərəfli münasibətlərə böyük töhfə verdiyi qeyd olunub.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin ölkənin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olduğu vurğulanıb.
Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan və Özbəkistan arasında müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr ətrafında fikir mübadiləsi aparılıb, eləcə də iki ölkə arasında imzalanmış sənədlərin inventarizasiyası həyata keçirilib.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar