Sizin Reklam Burada
Xəbər lenti
06-10-2024
05-10-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan dezinformasiya ilə mübarizə apararaq, həqiqəti dünyaya çatdırmağa çalışacaq - Müşfiq Məmmədli

Tarix: 23-07-2024 20:38     Baxış: 3156 A- / A+

"Prezident İlham Əliyevin cari ilin 20 iyul tarixində keçirilən "Yalan Məlumatların İfşası: Dezinformasiyaya Qarşı Mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışında Cənubi Qafqaz regionunda baş verən tarixi transformasiya proseslərini əhatə etməklə yanaşı, regionumuzun beynəlxalq media qarşısında üzləşdiyi çətinlikləri və dezinformasiya təhdidlərinə diqqət çəkdi".

Bunu Manevr.az -a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, dövlət başçısı bu forumda əksər məsələləri, o cümlədən, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı nikbinliyin Azərbaycan cəmiyyəti üçün nə dərəcədə vacib olduğunu, beynəlxalq mediada yayılan yanlış məlumatların reallığı əks etdirmədiyini və Azərbaycanın uzun illər bu dezinformasiyaların qurbanı olduğunu qeyd etdi. 
"Əslində, Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın tarixi ədalətini və beynəlxalq ictimaiyyət qarşısında haqq səsini çatdırmaq cəhdinin bir nümunəsi idi. Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə dünya tərəfindən təcavüzkar kimi təqdim edilməsinin və bu yanlış təsəvvürlərin bizə qarşı tətbiq edilən sanksiyalarla nəticələndiyini bir daha vurğuladı. Bu müddət ərzində Prezident Trampın "feyknyus" məsələsi kimi, biz də beynəlxalq medianın Azərbaycan haqqında yaydığı yanlış məlumatlarla mübarizə aparmalı olduq. Dövlət başçısı həmçinin, Azərbaycanın bərpaolunan enerji sahəsində böyük nailiyyətlər əldə etdiyini və iqtisadiyyatın şaxələndirilməsi, yoxsulluğun azaldılması və işsizliyin öhdəsindən gəlmə mövzusunda əhəmiyyətli uğurlar qazandığını qeyd etdi",- deputat diqqətə çatdırıb.
M.Məmmədli, həmçinin bildirib ki, bu nailiyyətlər Azərbaycanı inkişaf edən ölkələrin səviyyəsinə çatdırmışdır:
"Sözsüz ki, Azərbaycan beynəlxalq əməkdaşlığı və tərəfdaşlıqları inkişaf etdirməyə davam edəcək, eyni zamanda, dezinformasiya ilə mübarizə apararaq, həqiqəti dünya ictimaiyyətinə çatdırmağa çalışacaq",- deputat vurğulayıb.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar