Sizin Reklam Burada
Xəbər lenti
16-09-2024
15-09-2024
BÜTÜN XƏBƏRLƏR

Şuşada keçirilən Qlobal Forumun əhəmiyyəti olduqca böyükdür – Aqil Məmmədov

Tarix: 22-07-2024 21:14     Baxış: 377 A- / A+

Artıq ikinci dəfədir Şuşada baş tutan Qlobal Media Forumu vacib məsələlərin müzakirəsi ilə yadda qalır. Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışında olduqca vacib mesajlar verib. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması baxımından olduqca böyük önəm kəsb edir. Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunub.
Manevr.az xəbər verir ki, bunu siyasət.info-ya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar: “Həmçinin bütün bunlarla yanaşı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə bağlı aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verilib. Sual-cavab formatında keçirilən Forumda cənab Prezident İlham Əliyev dünyada və regionda baş evrən siyasi proseslərlə əlaqədar media nümayəndələrinin suallarını əhatəli şəkildə cavablandırıb”.
Deputat bildirib ki, dövlətimizin başçısı ayrı-ayrı mövzulara aid sualları cavablayarkən bir çox mühüm məsələlərdə ölkəmizin konkret mövqeyini nümayiş etdirib: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı ölkə başçısı tərəfindən dövlətimizin mövqeyi bir daha ifadə edilib. Ermənistanın sülh müstəvisində öz üzərinə düşən vəzifələrin icrası ilə bağlı konkret istiqamətlər bildirilib. Prezident İlham Əliyevin Forumda iştirakı yerli və xarici media təmsilçilərinin suallarına tutarlı və məntiqli cavabları ilə ölkəmizin post müharibə dövrü perspektivləri, regionda formalaşmış yeni reallıqlarla bağlı yanaşması açıq şəkildə ifadə olunur. Təbii ki, Azərbaycanla yanaşı Qafqazın, Türk dünyasının siyasi ideoloji, mədəni mərkəzi rolu daha da güclənən tarixi Şuşa şəhərində Qlobal Media Forumunun keçirilməsi xüsusi məna kəsb edir”.
Aqil Məmmədov hesab edir ki, Forumun Şuşada keçirilməsi Azərbaycan tarixinin, mədəniyyətinin, eləcə də, şanlı zəfərinin və azad edilmiş tarixi torpaqlarımızda ölkəmiz tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin təbliği baxımından vacibdir: “Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu strategiya da Şuşada keçirilən Qlobal Forumda gündəmdə olub. Ölkəmizin başçısı Cənub Qaz dəhlizinin uğurla icra edildiyini, Azərbaycanın Avropa üçün əhəmiyyətli qaz tədarükçüsünə çevrildiyini bildirib. Forumda həmçinin mühüm enerji layihələrin Azərbaycanın təşəbbüsü ilə reallaşmasından bəhs edilib. Azərbaycan enerji sahəsində beynəlxalq layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi qəbul olunur. Bu mənada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu bütün dünya tərəfindən etiraf edilir. Azərbaycan həmçinin yaşıl enerji sahəsində iri layihələrin icraçısı kimi tanınır. Qarabağ və Şərqi Zəngəzurun, Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi istiqamətindən atılan addımlar görülən işlər bu mənada xüsusi önəmə malikdir. Şuşa forumunda həmçinin cənab Prezidentin Böyük Qayıdışla bağlı atılan sistemli addımlardan bəhs edib”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar