Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Prezidentdən İrəvana iki -Mühüm mesaj

Tarix: 14-06-2017 18:33     Baxış: 5470 A- / A+
Prezidentdən İrəvana iki


Dövlət başçısı İlham Əliyevin Cocuq Mərcanlıya səfəri beynəlxalq aləmə iki mesaj verdi.

Bu sözləri Prezident İlham Əliyevin Cocuq Mərcanlıya səfərini şərh edən Elxan Şahinoğlu deyib:

“Birincisi, Cocuq Mərcanlının ətrafı, Lələtəpənin azad olunması insanların geri qayıdışına və kəndin bərpa olunmasına şərait yaratdı. Bu o deməkdir ki, sülh danışıqları uğurla nəticələnərsə, Cocuq Mərcanlı prosesi daha da genişlənə, digər kənd və qəsəbələrdə də məskunlaşma sürətlə aparıla bilər. Bu, beynəlxalq aləmə çox ciddi mesaj idi.

İkinci mesaj o idi ki, əslində, Cocuq Mərcanlı sülh danışıqları ilə deyil, məhz ötən ilin Aprel döyüşləri nəticəsində azad olundu. Yəni sülh danışıqları nəticə verməsə, Azərbaycan güc yolu ilə təzyiqi artıra bilər ki, Cocuq Mərcanlı kəndlərinin sayı daha da arta bilər”.

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin də Cocuq Mərcanlıya səfərinin təşkilinə ehtiyac var ki, vasitəçilər həmin mesajlarla yerindəcə tanış ola bilsinlər:

“Bu, mesajdan daha çox bir çağırışdır. Zənnimcə, həmsədrləri də Cocuq Mərcanlıya aparmaq lazımdır ki, onlar sülh danışıqları nəticə verməyəcəyi təqdirdə Azərbaycanın başqa vasitələri işə salaraq digər kəndləri də işğalçılardan azad edə biləcəyini anlasınlar. Ona görə də həmsədlər təkcə Bakı səfəri ilə kifayətlənməməlidirlər. Necə ki, Ermənistan üzərindən separatçıların nəzarət etdiyi bölgəyə səfər ediblər, Azərbaycan tərəfi də Qarabağın bu hissəsindən həmsədrlərin Cocuq Mərcanlıya səfərini təşkil etməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar