Xəbər lenti
YAP-ın ən yaşlı namizədləri - Siyahı

Digər yaşlı namizəd deputat Mixail Zabelindir. Onun 78 yaşı var. O da Milli Məclisin bütün çağırışlarının deputatı olub.
Deputat Əhliman Əmiraslanovun 77 yaşı var. Milli Məclisin IV, V və VI çağırışlarının deputatı olub. Onun namizədliyi 67 saylı Sabirabad seçki dairəsindən irəli sürülüb.
74 yaşlı Tahir Rzayev ikinci dəfə YAP-ın siyahısından namizəddir. O, 86 saylı Ağcəbədi seçki dairəsindən deputatlıq yarışına qatılacaq.
Deputat Elman Məmmədovun 73 yaşı var. O, 118 saylı Ağdam-Xocalı seçki dairəsində mübarizə aparacaq. E. Məmmədov Milli Məclisin II,III, IV, V və VI çağırışlarının deputatı olub.
Milli Məclisin I və II çağırış deputatı olmuş Səyyad Aranın 72 yaşı var. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin keçmiş birinci müavini olub.
Cavanşir Paşazadənin 71 yaşı var. O 76 saylı Lənkəran-Masallı seçki dairəsində yenidən gücünü sınayacaq. Şeyxin qardaşı Milli Məclisin III, IV, V və VI çağırışlarının deputatı olub.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini və İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Əli Əhmədovun 71 yaşı var. O, 2000-2015-ci illərdə parlamentin deputatı olub.
Milli Məclisinin I, II, III, IV çağırış deputatı olan Mübariz Qurbanlının 70 yaşı var. O, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar