Xəbər lenti
Tanınmış təhsil eksperti deputatlığa namizəd oldu
Tanınmış təhsil eksperti Kamran Əsədov 1 sentyabr – Növbədənkənar Parlament seçkilərində iştirak edəcək.
Manevr.az xəbər verir ki, bu barədə ekspert özü bildirib.
K.Əsədov 70 saylı Neftçala seçki dairəsindən namizədliyini irəli sürüb.
"İslahatlara dəstək vermək üçün seçki prosesinə qoşuldum. 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün insanı ilə, daşı ilə, torpağı ilə mənə doğma olan, əziz olan Neftçala rayonundan, 70 saylı seçki Dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm və imzatoplama kampaniyasına start verdim. Keçən seçkidən sonrakı 4 il ərzində Neftçalada böyük işlər görülüb və indi də davam edir. Neftçalada təkcə ölkə əhəmiyyətli yox, dünya miqyasında olacaq enerji və digər vacib layihələr həyata keçirilir. Düşünürəm ki, Neftçalamın daha da inkişafına təkan verəcək bilik və bacarıqlara sahibəm. Allah yolumuzu açıq etsin”,- K.Əsədov deyib.
Qeyd edək ki, hazırda həmin seçki dairəsindən deputat VHP sədri Sabir Rüstəmxanlıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar