Xəbər lenti
Azərbaycanın yaşıl enerji sahəsində liderlik etməsi beynəlxalq aləmdə də böyük əhəmiyyət kəsb edir - Deputat
"Prezident İlham Əliyevin 21 iyun 2024-cü il tarixində “Euronews”a verdiyi müsahibə Azərbaycanın enerji siyasətindəki əhəmiyyətli dəyişiklikləri və yaşıl enerjiyə keçid istiqamətindəki səmərəli addımları əks etdirir. Ölkəmizdə mövcud olan yaxşı sərmayə mühiti ənənəvi enerjidən əldə olunan gəlirlərin bərpaolunan enerjiyə yönəldilməsi ilə yeni bir mərhələyə keçmişdir. COP29-a ev sahibliyi edəcək bir ölkə kimi Azərbaycan yaşıl enerjiyə keçid prosesində lider olmaq öhdəliyi daşıyır. Bu həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycanın mövqeyini möhkəmləndirəcəkdir".
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputst bildirib ki, “Masdar” kimi strateji tərəfdaşların Azərbaycanda ilk Günəş enerjisi stansiyasının açılışı keçməsi bu istiqamətdə atılan vacib addımlardan biridir. "Perspektivdə isə 10 qiqavat gücünə qədər olan bərpaolunan enerji layihələri icra olunacaqdır. Bu, Azərbaycanın gələcəkdə yaşıl enerji sahəsində böyük bir oyunçu olacağını göstərir.
Azərbaycanın böyük beynəlxalq tərəfdaşları, o cümlədən “Masdar”, “ACWA Power” və BP ilə olan əlaqələri ölkəmizin enerji sektorundakı mövqeyini daha da gücləndirir. Bununla yanaşı, enerji ixracatı planlarımız bərpaolunan enerjinin əhəmiyyətini daha da artırır. Dövlətimizin başçısı Azərbaycanın bu sahədəki strateji mövqeyini gücləndirmək üçün milli enerji şəbəkəsini inkişaf etdirməli və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı daha da dərinləşdirməli olduğunu vurğulayır",- deputat qeyd edib.
M.Məmmədlinin sözlərinə görə, Azərbaycanın əsas məqsədi yaşıl enerjiyə keçid prosesində birliyi və həmrəyliyi təşviq etməkdir.
"Prezident İlham Əliyev COP29 zamanı və ondan sonra ölkəmizin sədrlik dövründə ölkələr və şirkətlər arasında müsbət bir mühitin yaradılması və planetin qorunmasına yönəlmiş əsas gündəliyə diqqət yetirilməsi üçün əhəmiyyətli bir rol oynayacağını vurğulayıb.
Bu açıqlamalar Azərbaycanın enerji sahəsindəki strateji mövqeyini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur. Azərbaycanın yaşıl enerji sahəsində liderlik etməsi yalnız milli səviyyədə deyil, beynəlxalq aləmdə də böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə atılan addımlar ölkəmizin enerjidə davamlı inkişafını təmin edəcək və gələcək nəsillər üçün daha yaşıl və təmiz bir dünya mirası qoyacaqdır"- deputat qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar